Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentinin Avropa İttifaqı ilə bağlı siyasətini təqdir edirik

Azərbaycan Prezidentinin Avropa İttifaqı ilə bağlı siyasətini təqdir edirik

Bir neçə gün əvvəl Azərbaycan ­Prezidenti ­İlham Əliyevin Brüsselə növbəti səfərini ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişafında yeni mərhələ hesab etmək olar. Dövlətimizin başçısı Belçika paytaxtında “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi ilə bağlı yubiley sammitində Avropa İttifaqı Şurasının sədri Donald Tuskla görüşdü, “Şərq tərəfdaşlığı” ölkələri dövlət və hökumət başçılarının şərəfinə Donald Tuskun adından verilmiş şam yeməyində iştirak etdi. Həm Azərbaycan Prezidenti, həm də Aİ Şurasının sədri qarşılıqlı əlaqələrin inkişafından məmnunluqlarını bildirdilər.

Donald Tusk ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu, Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi. Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır, eyni zamanda, hazırda Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq üzrə sazişlə bağlı danışıqlar davam edir.
Donald Tuskun adından verilmiş şam yeməyində çıxış edən Azərbaycan Prezidenti bəyan etdi ki, ölkəmiz “Şərq Tərəfdaşlığı” proqramında fəal iştirak edir, Avropa İttifaqının üzvü olan bir çox ölkələrlə sıx ticarət-iqtisadi əlaqələrə malikdir, hətta 9 üzv ölkə ilə əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. 
Prezident İlham Əliyev bununla yanaşı bəyan etdi ki, “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan Ermənistanın Azərbaycana təcavüzü davam edir, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış tarixi ərazilərimizin 20 faizi bu ölkənin işğalı altındadır, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Onun sözlərinə görə, münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.
İnanırıq ki, Azərbaycan ­Prezidenti İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və milli maraqlara əsaslanan xarici siyasət kursu bundan sonra da hər iki tərəfin mənafeyinə xidmət edəcək və əlaqələrimizin daha da güclənməsinə təkan verəcək. Biz, Azərbaycan ziyalıları cənab ­Prezidentin bu istiqamətdəki siyasətini ürəkdən dəstəkləyirik. 

 

Qardaş FƏTULLAYEV, 
Masallı Rayon Ziyalılar Cəmiyyətinin sədri 

 

18 2019 22:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə