Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bədxahlar Azərbaycanın sabitliyini və təhlükəsizliyini həzm edə bilmirlər

Bədxahlar Azərbaycanın sabitliyini və təhlükəsizliyini həzm edə bilmirlər

Mayın 29-da Azərbaycan daha bir möhtəşəm tədbirə evsahibliyi edəcək. Söhbət Bakının Olimpiya stadionunda keçiriləcək UEFA Avropa Liqasının final görüşündən gedir. Həmişə olduğu kimi, bu dəfə də ökəmizin inkişafını, sabitlik və təhlükəsizlik məkanı olmasını həzm edə bilməyən ünsürlər çaşqınlıq yaratmaq üçün qarayaxma kampaniyasına başlayıblar. Antiazərbaycan qüvvələr bu idman yarışından sui-istifadə edərək ölkəmizə qarşı şər-böhtan kampaniyasına start veriblər. Onlar bu dəfə idmanı siyasi oyunlara alət etmək istəyirlər. 
Bu fikirləri bizimlə söhbətində Milli Məclisin ­deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov səsləndirdi.

Deputat qeyd etdi ki, idmana heç bir aidiyyəti olmayan bir sıra instansiyalar qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürərək, beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar: ­“Görünür, onlar bu günə qədər Azərbaycanın bir sıra mühüm tədbirlərə, o cümlədən idman yarışlarına evsahibliyi etdiyindən, bu əhəmiyyətli yarışları yüksək səviyyədə, insidentsiz keçirməsindən xəbərsizdirlər. Ölkəmizdə 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları keçirilib. Həmin tədbirlər yüksək səviyyədə təşkil olunmaqla bərabər, həm də ölkəmizə gələn idmançı və azərkeşlərin, həmçinin turistlərin təhlükəsizliyi tam şəkildə təmin olunub. Buna baxmayaraq, həmin idman tədbirləri ərəfəsində də bəzi antiazərbaycan qüvvələr ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil ediblər. Bütün bunlar sübut edir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyadakı nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar”.
Deputat, həmçinin vurğuladı ki, həmin xain qüvvələr Azərbaycanın inkişafını, dünya miqyasında reytinqinin getdikcə yüksəlməsini, ictimai-siyasi sabitliyin hökm sürməsini həzm edə bilmirlər. Bu səbəbdən də hər dəfə ölkəmizdə hansısa bir tədbir keçirilən kimi, Azərbaycana qarşı növbəti qərəzə, böhtan və iftiraya əl atır, beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışırlar: “Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan böyük beynəlxalq tədbirlərə evsahibliyi edərkən dərhal beynəlxalq aləmdəki antiazərbaycan dairələr və onların əlində alətə çevrilmiş satqın və xəyanətkarlar, habelə radikal antimilli ünsürlər ölkəmizə qarşı ənənəvi üsullarını, şər, böhtan, uydurma, iftira və yalan kampaniyasını işə salırlar.
E.Nəsirov bildirdi ki, bu reallıqlar fonunda yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasının başlanılması anlaşılandır. Əslində isə antiazərbaycan dairələrin ölkəmiz əleyhinə söylədiyi iftiraların heç bir əsası yoxdur. Həmin şər qüvvələr Azərbaycanda davamlı olan sabitliyin kökündə “xalq- hakimiyyət”, “xalq-Prezident” birliyinin dayandığını da həzm edə bilmir, bu hallarla barışmaq istəmirlər. Ona görə də ölkəmizə qarşı ənənəvi şər-böhtan kampaniyasını işə salırlar. Həmişə olduğu kimi, bu dəfə də bunların heç bir nəticəsi olmayacaq. 

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti” 

 

18 2019 22:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə