Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərkosmos” ASC sistem təhlükəsizliyi üzrə proqram təminatlarının satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

“Azərkosmos” ASC sistem təhlükəsizliyi üzrə proqram təminatlarının satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Azərkosmos” ASC) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq sistem təhlükəsizliyi üzrə proqram təminatlarının satın alınması üçün açıq tender keçirir və bu sahədə ixtisaslaşmış şirkətləri tenderdə iştiraka dəvət edir.
Tender 1 lot üzrə keçirilir.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub.
Tenderdə iddiaçı kimi iştirak və tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün yazılı müraciət;
– iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
– şirkətin tam adı, hüquqi statusu, nizamnaməsi, rekvizitləri haqqında məlumat və təsis sənədləri;
– şirkətin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; 
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
Qeyd olunan sənədlər 21 iyun 2019-cu il saat 18.00-a qədər təqdim olunmalıdır.
Tenderdə iştirak haqqı 136 (yüz otuz altı) manatdır və heç bir halda geri qaytarılmır. Tenderdə iştirak haqqı “Azərkosmos” ASC-nin aşağıdakı bank hesabına ödənilməlidir:
Satınalan təşkilat – “Azərkosmos” ASC
VÖEN – 1302369281
H/h – AZ45AIIB38050049441601864118
Bankın adı – “Kapital bank“ ASC-nin Gənclik filialı
Bankın VÖEN-i – 9900003611
Bankın kodu – 200189
M/h – AZ37NABZ01350100000000001944
SWIFT – AIIBAZ2X
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən və yuxarıda qeyd olunan sənədləri təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, AZ1000, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 72, M5 nömrəli ünvandan ala bilərlər.
Tenderdə iştirak etmək üçün müraciət edənlərin satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı, maliyyə durumu qənaətbəxş olmalı, müvafiq sahədə təcrübəsi olmalı, texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalı, satınalma prоsedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaхud satınalma müqaviləsinin bağlanması üçün iхtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum оlunmaması, yaхud оnların müvafiq peşə fəaliyyətləri ilə məşğul оlmasının məhkəmə qaydasında qadağan edilməməsi vacibdir. 
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender təklifinin qüvvədə olma müddəti - 30 (otuz) bank günüdür.
Tender təklifinin təminatı
Bank təminatının məbləği tender təklifinin ümumi qiymətinin 1 faizi (bir faiz) məbləğində, bank təminatının qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır. 
Tender təkliflərinin seçilməsi zamanı üstünlük verilən şərtlər
Qalib iddiaçı tender təklifinin və iddiaçının tenderin əsas şərtlər toplusuna uyğunluğunun dəyərləndirilməsi və tender təkliflərinin bir-biri ilə müqayisəsi nəticəsində maliyyə və ixtisas meyarları əsasında seçiləcəkdir.
İcra müddəti
Müqaviləni imzalayacaq qalib şirkət müqavilə imzalandığı gündən onun icrasına başlamalı və 15-20 iş günü ərzində malları təhvil verməlidir.
Təklifin təqdim olunması üçün son gün
Tender təklifi (bank zəmanəti ilə birgə) 2 iyul 2019-cu il Bakı vaxtı ilə saat 18.00-a qədər “Azərkosmos” ASC-yə (ünvan – Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 72, M5) təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Tender prosedurunun tarixi 
Tender proseduru 3 iyul 2019-cu il Bakı vaxtı ilə saat 10.00-da Bakı şəhəri, AZ1000, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 72, M5 nömrəli ünvanda “Azərkosmos” ASC-nin böyük iclas zalında başlayacaqdır.
Tender prosedurunda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər nümayəndələrinin adına etibarnamə təqdim etməlidirlər.
Tender barədə əlavə məlumat almaq üçün “Azərkosmos” ASC-yə müraciət etmək olar:
a) elektron poçtla:
[email protected]
Tender komissiyasının sədri – Saməddin Əsədov
[email protected]
Satınalmalar üzrə mütəxəssis – Ceyhun Əliyev
b) telefonla – (+994) 012 5650055
c) faksla – (+994) 012 5650066

19 2019 02:40 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
15 İyun 2019 | 03:45
KAPİTAL BANK
15 İyun 2019 | 03:44
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:44
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:40
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:39
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə