Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parisdə hava nəqliyyatı istifadəyə veriləcək

Parisdə hava nəqliyyatı istifadəyə veriləcək

“Belta” saytının yaydığı məlumata görə, “Airbus” aviakompaniyası Avropa və Paris Avtonom Nəqliyyat İdarəsi arasında yaxın 5 ildə Parisdə ictimai hava nəqliyyatının yaradılması haqqında saziş imzalanıb.

Mənbə yazır ki, tərəflər Parisin İl-de-Frans regionu ərazisində şəhər hava nəqliyyatı sisteminin yaradılması ilə bağlı razılığa gəliblər.
Saziş barədə açıqlama verən “Airbus” aviaşirkətinin rəhbəri Qiyom Fori deyib: “Avtonom uçuşlar artıq elmi fantastika deyil”.
O qeyd edib ki, hazırda şirkət bu sahədə texniki işləmələrə malikdir, lakin onların gündəlik həyata inteqrasiyası tələb olunur. Onun sözlərinə görə, bu halda prioritet sərnişinlərin təhlükəsizliyi olmalıdır.
İl ərzində tərəfdaşlar hava nəqliyyatı xidmətlərinin qiymətlərini ucuzlaşdıraraq ondan şəhər əhalisinin əksər hissəsinin yararlanması imkanlarını nəzərdən keçirəcəklər.
Tərəflər ümid edir ki, qarşıdakı beş il ərzində 4-6 sərnişin tutumuna malik hava nəqliyyatı sistemini yaratmaq mümkün olacaq. Bir kilometr üçün gediş haqqı təxminən 1-2 avro təşkil edəcək.
Gələcəkdə oxşar texnologiyaların Fransanın digər iri şəhərlərində də tətbiq ediləcəyi gözlənilir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

18 2019 22:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 20:44
Hava proqnozu
18 Sentyabr 2019 | 20:39
Krit Universiteti birincidir
18 Sentyabr 2019 | 20:39
Qaçqın axını artıb
18 Sentyabr 2019 | 20:38
Türk pilot kosmosa uçacaq

Köhnə versiyamızdan xəbərləri izlə