Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukraynanın yeni prezidentinin komandası ölkəyə “birbaşa demokratiya” təklif edir

Ukraynanın yeni prezidentinin komandası ölkəyə “birbaşa demokratiya” təklif edir

Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskinin komandası ölkədə “birbaşa demokratiya” prinsipi üzrə xalq hakimiyyəti sisteminin yaradılmasını təklif edir. Bu barədə Zelenski komandasının ideoloqu Ruslan Stefançuk bəyan edib. Məlumatı “İnterfaks.ru” verib.
Yeni sistemin özündə ədalətli və keyfiyyətli referendumları, xalq təşəbbüslərinə təcili reaksiyanı və hakimiyyətin həlledici orqanlarının qərarları ilə bağlı “xalq veto”sunu birləşdirməsi nəzərdə tutulur. “Bizim təklif etdiyimiz xalq hakimiyyəti sistemi həmin sistemdir ki, dünyada ona “birbaşa demokratiya” deyirlər. Biz Skandinaviya ölkələrinin, İsveçrənin, Kanadanın və ABŞ-ın təcrübəsini öyrənmişik və hərəsindən elə cəhətləri götürmüşük ki, xalqa bu ölkədə real nəzarət və hakimiyyət imkanları verir”, – deyə “112 Ukrayna” telekanalının efirində Stefançuk bəyan edib. 
Ölkədə dövlət institutlarının islahatları və qanun layihəsi işlərinə cavabdeh olan Ruslan Stefançuk qeyd edib ki, ədalətli referendumlar sistemini dirçəltmək lazımdır. Onun fikrincə, xalq təşəbbüsləri məsələsini nəzərdən qaçırmaq olmaz. “Bu, 25 min nəfərin yazdığı və həyata keçirilməyən petisiya demək deyil. İstər ümumdövlət, istərsə də yerli səviyyədə bütün xalq təşəbbüslərinin reallaşdırılmasına mütləq yanaşma olacaq”. 
Onun sözlərinə görə, konseptual cəhətdən vacib məqamlardan biri də ali hakimiyyət nümayəndələrinin “geri çağırılması sistemi”dir. “Bu o deməkdir ki, insanın, xalqın, millətin təkcə xalq deputatını geri çağırmaq deyil, həm də prezidentin impiçmentini reallaşdırmaq, bundan əlavə, qəbul edilmiş qərarlara veto qoymaq imkanları, yəni “xalq veto”su sistemi olacaq”. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

18 2019 22:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 20:44
Hava proqnozu
18 Sentyabr 2019 | 20:39
Krit Universiteti birincidir
18 Sentyabr 2019 | 20:39
Qaçqın axını artıb
18 Sentyabr 2019 | 20:38
Türk pilot kosmosa uçacaq

Köhnə versiyamızdan xəbərləri izlə