Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fərhad Bədəlbəyli: Bədii gimnastika üzrə Avropa çempionatı gözəllik bayramıdır

Fərhad Bədəlbəyli: Bədii gimnastika üzrə Avropa çempionatı gözəllik bayramıdır

Bakıda Milli Gimnastika Arenasında 35-ci bədii gimnastika üzrə Avropa çempionatının açılışı həm xoreoqrafiya, həm də təşkil olunma baxımından çox effektli olub.

Bunu məşhur pianoçu, bəstəkar və Xalq artisti Fərhad Bədəlbəyli deyib.

F.Bədəlbəyli qeyd edib: "Sevindirici haldır ki, bizdə Bakıda bu cür möhtəşəm arena var və burada belə gözəllik, gənclik və idman bayramı keçirilir. Bədii gimnastika üzrə Avropa çempionatının həm xoreoqraiya baxımından, həm də təşkili baxımından möhtəşəm açılışına heyran oldum. Ümumiyyətlə, Azərbaycanda keçirilən bütün tədbirlər, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Avropa Çempionatı ən yüksək səviyyədə keçirilir".

Xalq artisti Azərbaycanda belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini qeyd edib. O, vurğulayıb ki, burada uşaqlar idman, sənət və musiqiyə daha yaxın ola bilirlər: "Gimnastika təkcə idman deyil, həm də bir sənətdir. Hər kəsi bu gözəl arenanı tez-tez ziyarət etməyə çağırıram".

18 2019 16:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə