Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU Universal Elmi Təhsil və Tədqiqat Şəbəkəsi ilə əməkdaşlığa başlayır

ATU Universal Elmi Təhsil və Tədqiqat Şəbəkəsi ilə əməkdaşlığa başlayır

Bu gün Azərbaycan Tibb Universiteti (ATU) Tədris Terapevtik Klinikasında Azərbaycanda ilk dəfə olaraq “İmmunpatoloji xəstəliklərə dair I beynəlxalq elmi-praktik konfransı işə başlayıb. Konfrans çərçivəsində xarici ölkələrdən gələn mütəxəssislərlə ATU rəsmiləri arasında görüş keçirilib.

ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov qonaqları universitet rektoru professor Gəray Gəraybəyli adından salamlayaraq, ilk immunoloji konfransın işinə uğurlar dilədi. R.Bəylərov immonologiya kimi vacib sahədə daha sıx və daimi əməkdaşlığın olmasını arzuladı. Prorektor R.Bəylərov Tibb Universitetinin 90 ilə yaxın tarixi, mövcud təhsil sistemi, geniş maddi və texniki bazaya malik olan klinikaları haqqında qonaqlara  ətraflı məlumat verdi.

Qonaqlarla söhbət zamanı Azərbaycanda immunologiya sahəsindəki mövcud vəziyyət, bu sahədəki inkişaf perspektivləri, təşkil olunan seminarın qarşılıqlı əlaqələrin güclənməsinə töhfəsi və digər məsələlər müzakirə olundu.

Görüş  zamanı Azərbaycan Tibb Universiteti ilə Universal Elmi Təhsil və Tədqiqat Şəbəkəsi (UETTŞ) arasında anlaşma memorandumu imzalandı. Memorandum UETTŞ-in təsisçi prezidenti, professor Nima Rezai və Rauf Bəylərov tərəfindən imzalandı. Professor Nima Rezai ATU ilə əməkdaşlığa başlanmasından məmnunluğunu bildirdi.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev, II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Amaliya Əyyubova, ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri professor Lalə Allahverdiyeva və həmin kafedranın professoru Gülnarə Nəsrullayeva iştirak edirdilər.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

18 2019 16:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə