Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cari ildə neft sektoruna 1,5 milyard manatdan çox vəsait yönəldilib

Cari ildə neft sektoruna 1,5 milyard manatdan çox vəsait yönəldilib

Dövlət Statistika Komitəsindən bildirilib ki, yanvar-aprel aylarında neft sektorunda 10 milyard 169,9 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft sektorunda məhsul istehsalı əvvəlki ilin eyni ayları ilə müqayisədə 0,5 faiz artıb. Bu sektorda istehsal olunmuş əlavə dəyər isə 2 faiz çoxalıb. Sənaye məhsulunun 69,7 faizi mədənçıxarma sektorunda istehsal olunub.

Apreldə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,9 faiz bahalaşıb.

Ötən ayın əvvəlinə iqtisadiyyatın neft sektorunda 34,5 min nəfər çalışıb. Yanvar-mart aylarında neft sektorunda nominal əməkhaqqı isə 3 min 321,2 manat təşkil edib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

18 2019 15:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə