Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anastasiya Salos: Bakıda Avropa çempionatından təəssüratlarım çox gözəldir

Anastasiya Salos: Bakıda Avropa çempionatından təəssüratlarım çox gözəldir

Belarus gimnastı Anastasiya Salos bildirib ki, Bakıda bədii gimnastika üzrə Avropa çempionatından təəssüratlarım çox gözəldir.

Gimnast bildirb: "Bakıda bədii gimnastika üzrə Avropa çempionatından təəssüratlarım çox gözəldir. Çünki bu, ilk öncə, Avropa çempionatıdır, ikincisi, çox məsuliyyətli yarışlardır, burada tək özün üçün deyil, həm də komanda üçün çıxış edirsən".

A.Salos dünənki çıxışından razı qaldığını vurğulayıb: "Bu gün proqramımı demək olar ki, maksimum dərəcədə yerinə yetirdim. Ümumiyyətlə bəzi xırda yanlışlıqları çıxsaq, səhvim olmadı. Amma təəssüf ki, əvvəlki çıxışım zəif oldu. Qeyd etmək istərdim ki, yığmamız yaxşı çıxış edir və biz əlimizdən gələni edirik ki, yüksək yer tutaq".

Gimnast Bakıda Avropa çempionatının yüksək səviyyədə təşkil edildiyini də xüsusi qeyd edib: "Bakıda zalı çox bəyənirəm, burada çıxış etmək xoşdur. Hazırlaşmaq üçün çox yer var ki, bu da yaxşıdır. Gimnastlar müxtəlif meydançalarda hazırlaşa bilirlər".

Qeyd edək ki, 16-19 may tarixlərində keçirilən çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edirlər.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər.

 

“Xalq qəzeti”

18 2019 15:39 - İDMAN
İDMAN
24 Yanvar 2020 | 00:34
Müqavilə yenilənib
23 Yanvar 2020 | 17:17
"Zirə"nin Antalya hesabatı
23 Yanvar 2020 | 17:16
U-19 komandamızdan qələbə
23 Yanvar 2020 | 00:32
Kurzava “Arsenal”a keçib

Köhnə versiyamızdan xəbərləri izlə