Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rob Sobhani: ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsinə son qoymaqda kömək edə bilər

Rob Sobhani: ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsinə son qoymaqda kömək edə bilər

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün yeni impulslar mövcuddur və ABŞ Konqresi bu tendensiyanın qorunmasında konstruktiv rol oynaya bilər.

"Caspian Group Holdings"in baş direktoru Rob Sobhaninin "The Washington Times"da dərc olunan məqaləsində yazır ki, Konqres 30 illik münaqişəyə son qoymaqda kömək edə və Amerikanın maraqlarını strateji cəhətdən vacib regionda təşviq edə bilər.

Müəllif qeyd edib ki, bu gün erməni qoşunları təkcə Dağlıq Qarabağ ərazisini yox, həm də 7 ətraf rayonu nəzarət altında saxlayır.

R.Sobhaninin fikrincə, tərəflər arasında atəşkəs razılaşmasının olmasına baxmayaraq, münaqişənin gərginləşməsi riski qalır: "Xoşbəxtlikdən, bir müddət əvvəl baş vermiş hadisələr sülh sazişi üçün müsbət perspektiv yaradıb".

Onun sözlərinə görə, Konqres bu impulsun qorunmasını təşviq edən qətnamə hazırlaya bilər: "Konqresin adi qətnaməsi təkcə Ermənistan və Azərbaycan rəhbərliklərinə deyil, eləcə də hər iki ölkənin xalqına onu göstərdi ki, ABŞ münaqişənin ədalətli həllinə sadiqdir".

 

“Xalq qəzeti”

18 2019 15:37 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə