Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dağlar diyarında qanvermə aksiyası

Dağlar diyarında qanvermə aksiyası

Lerik Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Heydər Əliyev Fondunun təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı və  rayon icra hakimiyyətinin dəstəyi ilə həmin xəstəlikdən əziyyət çəkən xəstə uşaqlar üçün qanvermə aksiyası keçirilb.

Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri - gənclər və qadınlar böyük coşqu ilə könüllü olaraq qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyaya qoşulublar.

Aksiyada ümumilikdə 700 nəfər rayon vətəndaşı iştirak edib. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadası tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb. Bundan sonra tam sağlam olan 131 nəfər vətəndaşdan qan götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin həm də vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

18 2019 15:20 - SƏHİYYƏ
SƏHİYYƏ
24 İyul 2019 | 15:08
Diabet xəstəliyi və soğan

Köhnə versiyamızdan xəbərləri izlə