Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt idmançılarının 274 medalı

Sumqayıtda şəhər Gənclər və İdman Baş İdarəsi aidiyyəti qurumlarla birgə cari ilin əvvəlindən 171 idman və gənclər tədbiri keçirib.

Xeberler.com xəbər verir ki, bu tədbirlərə, ümumilikdə, 21 min nəfərdən artıq iştirakçı və tamaşaçı cəlb edilib.

Eyni zamanda, 20 idman növü üzrə 147 şəhər birinciliyi, çempionatı, kütləvi bədən tərbiyəsi tədbirləri və təlim-məşq toplanışları keçirilib. Şəhər idmançıları respublika və beynəlxalq səviyyəli yarışlarda 274 medal qazanıblar. Sumqayıt idmançıları şəhərə 97-i qızıl, 71-i gümüş, 10-u da bürünc medal gətiriblər.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

18 2019 15:18 - İDMAN
İDMAN
29 İyul 2020 | 22:16
İlin ən yaxşı məşqçisi

Köhnə versiyamızdan xəbərləri izlə