Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda yeni müəssisələr tikilir

Sumqayıtda yeni müəssisələr tikilir

Bu ilin yanvarında Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı Kimya Sənaye Parkının ərazisində inşa olunmuş, il ərzində 650-660 min ton karbamid və 1 milyon ton ammonyak istehsal etmək gücünə malik olan “SOCAR karbamid” zavodu istifadəyə verilib. Hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olan müəssisənin ümumi dəyəri 800 milyon avro təşkil edir. Zavodda 500 nəfər daimi işlə təmin edilib. İstehsal həcminin 70 faizinin ixrac üçün nəzərdə tutulduğu müəssisənin fəaliyyəti ölkəyə hər il 160 milyon dollar vəsaitin daxil olmasına imkan verəcək.

Bu mühüm hadisədən 1 ay sonra Azərbaycanın dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən ikinci müəssisənin – yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib. Həmin layihə son 40 ildə öz miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. İlkin mərhələdə, “SOCAR Polymer” zavodlarında ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsalı nəzərdə tutulub, 700-dən çox daimi iş yeri yaradılıb.

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Sumqayıtda iplik istehsalı müəssisəsinin qurulması, sabun və gigiyenik məhsullar, sellüloz, müxtəlif profnastillər və kaset panellər, şərab şüşələri və tara istehsalı, logistika mərkəzinin yaradılması da planlaşdırılır.

Bununla yanaşı, Kimya Sənaye Parkının inkişaf etdirilməsi istiqamətində də növbəti addımlar atılacaq. Belə ki, orada şüşə və saxsı məmulatlar istehsalı zavodunun tikintisi, müasir tipli dam örtükləri və fasad üçün düz lövhələr, termoformasiya metodu ilə vərəqə şüşə istehsalı, yun əyirici-boyaq fabrikinin və sənayedə geniş istifadə olunacaq polimerdən kisə və torbaların istehsalı müəssisəsinin tikintisinin başa çatdırılması nəzərdə tutulur.

“Azərikimya” İB-nin perspektiv inkişaf planına uyğun olaraq yenidənqurma və modernizasiya layihəsi üzrə işlər davam etdirilir. Layihə çərçivəsində “EP-300” qurğusunun propilen istehsalı gücü ildə 135 min tondan 187 min tona, həmçinin buxar generatorunun gücü 35 MVT-dan 65 MVT-a çatdıralacaq. Nəticədə “Azərikimya”nın bütün müəssisələri öz enerjisi ilə tam təmin ediləcək. Digər istehlakçılara da enerji verilməsi nəzərdə tutulur. Layihənin dəyəri 1 milyard manat təşkil edir. Layihənin icrası dövründə 2 min nəfər çalışacaq. 

 

Əli FXANLI,
Xalq zeti”

18 2019 15:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə