Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəli kardioloqun sağlamlıq çağırışı

Türkiyəli kardioloqun sağlamlıq çağırışı

Türkiyənin tanınmış kardioloqu Canan Karatay sağlam cəmiyyətin qurulması üçün öz təkliflərini ölkəsinin Səhiyyə Nazirliyinə göndərib.

Türkiyə mediasında yayılmış məlumatda bildirilir ki, gözlənilməz açıqlamaları ilə tez-tez gündəm yaradan məşhur professor konservləşdirilmiş məhsulların və süni qidaların istifadəsinin xərçəng xəstəliklərinin sayını artırdığını vurğulayıb. O, belə hesab edir ki, idman sağlamlığın əsas şərtidir. Canan Karatay daha sonra trans yağların qadağan olunması təklifini irəli sürüb. O, bu yağların bədəndə sağlam hüceyrələrin sayını azaltdığını və mutasiyaya səbəb olaraq xərçəng xəstəliklərinə yol açdığını izah edib.

Karatay Səhiyyə Nazirliyinə yönləndirdiyi müraciətdə aşağıdakı qadağaların və təkliflərin nəzərdən keçirilməsini istəyib:

–həzmi zəiflətdiyi və köklüyə səbəb olduğu üçün ağ çörəyin qadağan edilməsi;

–istehsal edilən unların tərkibinə kimyəvi maddələrin daxil edilməməsi;

–sənaye drojunun çörək zavodlarında bişirilən çörək xəmirinə qatılmaması;

–genetik modifikasiyası dəyişdirilən qidaların heyvan yemi kimi istifadəsinin qarşısının alınması;

–ənənəvi toxumların təşviqi və bu işdə fermerlərə dəstək verilməsi;

–qarğıdalıdan şərbət əldə edilməsinin dayandırılması;

–qazlı və şəkərli suların inkişaf dövründəki uşaqlara spirtli içkilər kimi qadağan olunması;

–bitkilərə vurulan pestisidlərin azaldılması və ya onlardan istifadə olunmaması;

–hamilə və azyaşlı uşaqlara şəkərin həddindən artıq istifadəsi barədə xəbərdarlıq edilməsi;

–qidalarda palma və trans yağlarının istifadəsinin qarşısının alınması;

–konservləşdirilmiş qidaların azaldılması;

–arı pətəklərinin yanına arı şəkərinin qoyulmasının qadağan edilməsi.

 

Hazırladı:
R.TAHİR,
“Xalq qəzeti”

18 2019 15:02 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə