Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Binəqədi qəsəbəsində sakinlərin problemləri müzakirə olunub

Binəqədi qəsəbəsində sakinlərin problemləri müzakirə olunub

Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Binəqədi rayonu Binəqədi qəsəbəsinin sakinləri ilə görüşü olub.

Bakı ŞİH mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki,  paytaxtın son illər sürətlə böyüyən yaşayış massivlərindən olan bu qəsəbədə sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Eldar Əzizov bildirib ki,  dövlət başçısı İlham Əliyev paytaxt qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu ciddi vəzəfənin gerçəkləşdirilməsi ilə bağlı əsaslı yeniliklərə nail olmaq üçün sakinlərin arzu və təkliflərinin öyrənilməsi böyük önəm daşıyır.

Binəqədi RİH başçısının qəsəbə üzrə nümayəndəsi Zakir Əliyev ərazidə görülmüş işlərlə bağlı Bakı ŞİH-in başçısına və sakinlərə ətraflı məlumat verib. 

“Açıq mikrofon” qrşısında binəqədililər paytaxtda, eləcə də qəsəbədə görülən irimiqtyaslı işlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər. Geniş dialoq şəklində keçən görüşdə 39 sakin şıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib.

Müraciətlər, əsasən, su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, sahibsiz heyvanların yığışdirilması, qəsəbədə yeni uşaq bağçası və məktəbin tikintisi  və s. ilə bağlı olub.

Sonda sakinləri çox narahat edən fərdi yaşayış evlərinin sənədləşdirilməsinə toxunan Eldar Əzizov bildirib ki, bu məsələ on illiklərdən bəri yığılıb qalıb. Ölkə başçisı problemin həlli ilə bağlı müvafiq tapşırıq verib, məsələ nəzarətdə saxlanılır.

 

R.TAHİR,
“Xalq qəzeti”

18 2019 14:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə