Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MEK Prezident İlham Əliyevin sənəd kolleksiyasının təqdimatını keçirib

MEK  Prezident İlham Əliyevin sənəd kolleksiyasının təqdimatını keçirib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəllifi olduğu və onun haqqında yazılan sənəd kolleksiyasının təqdimatını keçirib. Bu barədə MEK-in ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib.

Təqdimatda MEK-in direktoru Leyla İmanova kitabxananın ilk oxucu kartının sahibi, Prezident İlham Əliyevin kolleksiyasının sərgi salonunda daimi sərgiləndiyini və mütəmadi olaraq kolleksiyanın elektron resurslarla zənginləşdirildiyini bildirib. MEK direktoru qeyd edib ki, kolleksiya 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin seçkiləri ərəfəsində informasiya dəstəyi olaraq oxucuların istifadəsinə verilib.

Sonra MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Həmidə Müzəffərli kolleksiyada yer alan kitab, sənəd və elektron resurslara dair məlumat verib. Qeyd edib ki, kolleksiyada Azərbaycan və xarici dillərdə 300-ə yaxın çap və elektron formatda müxtəlif sənədlər mövcuddur. H.Müzəffərli kolleksiyada oxucuların diqqətini çəkən bir çox kitabların məzmunu haqqında da məlumat verib. Həmin kitablarda ölkəmizin daxili və xarici siyasət strategiyası, milli dövlətçiliyə doğru keçdiyi tarixi yol və s. məsələlərin geniş təhlil edildiyini qeyd edib.

Təqdimatda çıxış edən iştirakçılar kolleksiya ilə bağlı fikirlərini səsləndiriblər. Kolleksiyada toplanılmış kitabları gənc tədqiqatçılar üçün zəngin məlumat mənbəyi kimi dəyərləndiriblər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 2019 12:45 - İQTİSADİYYAT
İQTİSADİYYAT
18 May 2019 | 16:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə