Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laçınlılar “Bizi gözləyən Laçın”la dogma yurdlarını yad etdilər

Laçınlılar “Bizi gözləyən Laçın”la dogma yurdlarını yad etdilər

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayonunun Qazaxbəyli kəndində məskunlaşmış məcburi köçkünlər üçün salınmış qəsəbədə Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 27-ci ilinə həsr olunmuş "Bizi gözləyən Laçın" adlı konfrans və "Laçınsız 27 il" adlı ədəbi-bədii tədbir keçirib. Bu barədə Ağstafa Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, xalq artisti Tariyel Qasımov, mədəniyyət işçiləri və qəsəbədə məskunlaşmış məcburi köçkünlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan  rayon Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov bildirib ki, 1992- ci ilin may ayının 18- də təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 27 il keçir. 1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olub. Dağlar qoynunda yerləşən, öz füsunkar gözəlliyi ilə seçilən, hər daşında bir sirr yatan Laçın işğal edildi.  Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi çıxışında işğalçı dövlətin beynəlxalq hüquq normalarına riayət etmədiyini və Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymadığını vurğulayıb: “ Bu gün hər bir azərbaycanlı Qarabağın işğal altından qurtulacağı günü gözləyir. Qarabağa böyük qayıdışın olacağına hamımız inanırıq. Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə apardığı siyasət deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil.”

Tədbirdə həmçinin Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Bağanis Ayrım kənd orta məktəbinin direktoru Əsgər Əsgərov, Ürkməzli kənd sənətkarlıq evinin müdiri, şairə Gülsənəm Cəlilova, şairə Tamella Poladlı da çıxış edərək Laçının hər zaman yaddaşlarda yaşadığını vurğulayıblar.  Məcburi köçkün Şamil Adıgözəlovun laçınlılar adından danışması və laçınlı illəri xatırlaması  tədbir iştirakçılarını kövrəldib. Tədbir Aşağı Əskipara kənd orta məktəbi şagirdlərinin hazırladığı Laçın haqqında ədəbi-bədii kompozisiya ilə davam edib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 2019 12:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə