Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nəsiminin söz qüdrəti”

“Nəsiminin söz qüdrəti”

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Səbail rayonunda yerləşən 160 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Nəsiminin söz qüdrəti" adlı ədəbi-bədii gecə keçirilib.

Tədbir "Nəsimi" filmindən "Haradasan" qəzəlinin ifa olunduğu fraqmentin nümayişi ilə başlayıb.

Tədbirdə Nəsimi obrazının mahir ifaçısı, Xalq artisti Rasim Balayev çıxış edərək tədbirdən böyük zövq aldığını bildirib və ədəbi-bədii kompozisiyasının məktəblilərin ifasında təqdim edildiyi üçün tədbirin təşkilatçılarını və uşaqları təbrik edib.

Vurğulanıb ki, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkəmizdə şairin yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu da Nəsimi yaradıcılığı və fəlsəfəsinin dərindən öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.

Bədii gecədə kitabxana tərəfindən Nəsiminin həyat və yaradıcılığını əhatə edən geniş kitab sərgisi təşkil olunub.

Tədbir çərçivəsində, məktəbin şagirdlərinin təqdimatında Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 2019 12:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə