Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsmayıllının Xəlilli kəndində yeni uşaq bağçası

İsmayıllının Xəlilli kəndində yeni uşaq bağçası

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na  uyğun olaraq İsmayıllı rayonunun Xəlilli kəndində dövlət investisiya qoyuluşu ilə 40 yerlik – 2 qrupluq uşaq bağçası inşa edilib. Məktəbəqədər tərbiyə müəssisəsinin bütün tələblərinə cavab verən “Aqrartikinti” ASC-nin İsmayıllı filialı tərəfindən tikilmiş binada lazımi məişət, iaşə, məşğələ, ilkin təlim,  tərbiyə və istirahət şəraiti yaradılıb.
Rayonda yeniliklərin yaşandığı bu günlərdə uşaq bağçasının təntənəli açılışı olub. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açılışda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsmayıllıya səfərindən, sosial-iqtisadi, təhsil və mədəniyyətin inkişafı, yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifələrdən ətraflı danışıb, valideynləri, təhsil işçilərini, kəndin bütün sakinlərini uşaq bağçasının açılışı münasibətilə təbrik edib.
Xəlilli kəndinin ağsaqqalı Vaqif Məmmədov, tam orta məktəbin direktoru Şakir Müseyibov və başqaları çıxış edərək yaradılan şəraitə, hərtərəfli qayğıya görə dövlət başçısına minnətdarlıq edib, inşaatçılara təşəkkürlərini bildirib, yeni  bağça münasibətilə valideynlərə və uşaqlara uğurlar arzulayıblar, təbriklər ünvanlayıblar.
Uşaqlar şeirlər söyləyiblər. Sonra yeni uşaq bağçasının binasına baxış keçirilib.
“Bilik bayramı” ərəfəsində İsmayıllı təhsil sistemində daha bir yeniliyə imza  atılıb. 

İ.MUSAOĞLU, 
“Xalq qəzeti”nin bölgə müxbiri

 

3 2018 22:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin