Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli İncəsənət Muzeyinin yeni təmirdən çıxmış korpusunun geniş ictimaiyyyət üçün açılış mərasimi keçiriləcək

Azərbaycan Milli İncəsənət Muzeyinin yeni təmirdən çıxmış korpusunun geniş ictimaiyyyət üçün açılış mərasimi keçiriləcək

18 may – Beynəlxalq Muzeylər Gününə həsr edilmiş “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında ölkəmizdə silsilə tədbirlər keçirilir.

Bu gün   Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi, 9 ünvanında yerləşən, təmirdən çıxmış yeni korpusunun geniş ictimaiyyyət üçün açılış mərasimi keçiriləcəkdir. Xatırladaq ki, 18 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva  Azərbaycan Milli İncəsənət Muzeyinin, Niyazi, 9 ünvanında yerləşən korpusunda aparılmış təmir, bərpa və bədii tərtibat işləri və eksponatlarla yaxından tanış olmuşlar.

Muzey son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz edilmiş ekspozisiyaya malikdir. Burada xüsusi bərpa laboratoriyası mövcuddur, ən müasir mühafizə sistemləri ilə təmin edilib, daxili bağçası tamaşaçıların istirahəti üçün çox əlverişlidir. Muzey silsiləvi şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarət ərazini tutur. Hazırda muzeyin ekspozisiyasında  Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini dolğun şəkildə əks etdirən Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin çeşidli örnəklərini görmək mümkündür. Ekspozisiya iki mərtəbədən ibarətdir. Birinci mərtəbə - Qədim dünya incəsənəti, İran-Türk, Çin, Rus (avanqard) və Zərifə xanım Əliyevaya həsr edilmiş “Xatirə zalı”, İtaliya, Flamand, Holland incəsənətinə həsr edilib. Eyni za­manda I mərtəbənin dəhliz hissələrində - Fransa-Almaniya qrafika nümunələri, digərində - İran və Hindistan miniatür və heykəltəraşlıq əsərləri nümayiş edilir.

Ekspozisiyanın ikinci mərtəbəsi - İtaliya, “İslam incəsənəti”, Alman, Fransa rəngkarlığı və Rusiya incəsənətinə həsr edilib. Ekspozisiyada eyni zamanda metal, çini, xalça və bədii tikmə nümunələri nümayiş edilir. Ən qədim eksponatlar antik dövrdən başlayaraq - XX əsrin sonlarına qədərki dövrü əhatə edir.

Bu gün, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış  və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimat mərasimi keçiriləcəkdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 2019 11:19 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə