Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Dövlət Pantomima Teatrı 25 yaşını qeyd edir

Azərbaycan Dövlət Pantomima Teatrı 25 yaşını qeyd edir

2019-cu il may ayının 16-da Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 25 ili tamam olur

Bununla bağlı Dövlət Gənc Tamaşaçılar Teatrında Pantomima Teatrının yaranmasının 25 illiyi qeyd olunmuşdur.

Tamaşadan əvvəl Teatrın foyesində  onun 25 illik fəaliyyətinə həsr olunmuş sərgi keçirilmişdir .

1994-cü ildə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində “Dəli yığıncağı” Pantomima Teatr studiyası yaradıldı. 2000-ci ildə studiyaya “dövlət teatrı” statusu verildi.

25 illik fəaliyyəti dövründə teatrda müxtəlif yaş dövrünə məxsus aktyor nəsli yetişmişdir. Respublikanın Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Səbirə Həsənova, Solmaz Bədəlova, Leyla Atayeva və b. bu gün Azərbaycan teatrının istedadlı sənətçilərindəndir.

Azərbaycan Dövlət Pantomima Teatrı 35-dən artıq xarici və yerli teatr festivallarında çıxış etmişdir. Gürcüstanda (1998, 1999, 2000, 2009, 2016), Rusiyada (1999, 2002, 2007, 2014), Fransada (1999, 2008), Türkiyədə (1999, 2001, 2002, 2006), Bolqarıstanda (2000), İranda (2000, 2002), Almaniyada (2001, 2008), Hollandiyada (2002), Avstriyada (2003, 2007), Ukraynada (2003), Tatarıstanda (2005), Misirdə (2005, 2008), Finlandiyada (2007), Ərəbistanda (2007) Azərbaycan teatrını və mədəniyyətini yüksək səviyyədə təmsil etmişdir.

Hazırda teatrda 1 nəfər  Prezident mükafatçısıdır, 5 nəfər respublikanın fəxri adlarını daşıyır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 2019 10:57 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə