Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan  əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun   28.7-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2019-cu il

 

 

               

                                                           Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

 

 

Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan

əmək müqaviləsinin nümunəsi

 

1. Tərəflər haqqında məlumat

 

 

1.1. Bu əmək müqaviləsi_____________________________________________

 

 

______________________________________________________________________

dövlət orqanının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)

 

 

rəhbəri ________________________________________________________________

vəzifəsi

 

______________________________________________________________________

soyadı, adı, atasının adı

 

ilə daimi dövlət qulluğuna qəbul edilən şəxs (bundan sonra – dövlət qulluqçusu)

 

______________________________________________________________________

soyadı, adı, atasının adı

 

______________________________________________________________________

vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsi, fin kodu, verildiyi tarix və sənədi vermiş orqanın adı

 

______________________________________________________________________

 

______________________________________________________________________

 

 

______________________________________________________________________

təhsili, ixtisası, bitirdiyi təhsil müəssisəsinin adı, ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, dövlət sosial sığorta nömrəsi (SSN)

 

arasında _______ il _______ ayının _____-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmışdır.

 1.2. Dövlət qulluqçusu______________________________________________

 

______________________________________________________________________

dövlət orqanının, struktur bölməsinin, struktur vahidinin və inzibati vəzifənin adı

 

 

vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilir.

1.3. Bu əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, habelə bu əmək müqaviləsinə uyğun olaraq tənzimlənir.

 

 

 

2. Əmək müqaviləsinin müddəti

 

 

2.1. Bu əmək müqaviləsi müddətsiz bağlanılır.

2.2. Dövlət qulluqçusu _______ il _______ ayının _____-dən qulluq vəzifəsinin icrasına  başlayır.

 

 

3. Dövlət qulluqçusunun əmək funksiyaları

 

 

3.1. Dövlət qulluqçusu aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür:

 

3.1.1.____________________________________________________________;

 

3.1.2.____________________________________________________________;

 

3.1.3._____________________________________________________________.

əmək funksiyaları tam təfsilatı ilə sadalanmalıdır

 

3.2. Bu əmək funksiyalarından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara digər funksiyanın əlavə edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir.

3.3. Dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrini, habelə bu əmək funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirməli, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əməl etməlidir.

 

 

4. Qulluq şəraitinə dair şərtlər

 

 

Dövlət orqanının rəhbəri dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün lazımi qulluq şəraitinin yaradılmasını və aşağıdakı şərtlərin təmin olunmasını öhdəsinə götürür:

 

 

 

4.1. Dövlət məvacibinə dair şərtlər

 

4.1.1. Dövlət qulluqçusuna hər ay ___________ manat məbləğində dövlət məvacibi ödənilir.

4.1.2. Dövlət məvacibi:

 

______________ manat məbləğində vəzifə maaşından;

 

______________manat məbləğində aylıq vəzifə maaşının _______ faizi miqdarında qulluq stajına görə əlavə haqdan;

 

______________ manat məbləğində ixtisas dərəcəsinə görə əlavə haqdan;

 

_______ manat məbləğində hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqdan;

 

 

__________________________________________________________________

həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır

qulluq şəraitli dövlət orqanında dövlət qulluğu vəzifəsi üzrə vəzifə maaşı üçün artıq əmsala uyğun vəzifə maaşına ______________ manat məbləğində artımdan,  vəzifə maaşının _________ faizi miqdarında digər əlavələrdən ibarətdir.

Dövlət orqanının fəaliyyət göstərdiyi ərazinin təbii iqlim şəraiti nəzərə alınmaqla, dövlət qulluqçusunun aylıq vəzifə maaşına ________  həcmdə yerli əmsal tətbiq edilir.

4.1.3.     Dövlət qulluqçusuna kollektiv və fərdi mükafatlar verilir.

4.1.4.     Dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduqda, onun əməyi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada ödənilir.

 

4.1.5. Dövlət məvacibi:

4.1.5.1. ayda iki dəfə ______________________________;

ayın günləri

4.1.5.2. ayda bir dəfə ______________________________ ödənilir.

ayın günü

4.1.6. Dövlət məvacibi və digər ödənclər (vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra) dövlət qulluqçusunun ________________________bankındakı hesabına köçürülür.                                                              bankın adı

4.1.7. Dövlət məvacibindən yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında dövlət qulluqçusu qabaqcadan məlumatlandırılır.

 

 

 

4.2. Əməyin mühafizəsinə dair şərtlər

 

4.2.1. Dövlət qulluqçusunun sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün texniki təhlükəsizlik, sanitariya-gigiyena normalarına cavab verən iş yeri və qulluq şəraiti yaradılır.

4.2.2. Dövlət qulluqçusu əməyin mühafizəsi normaları barədə  ____________________ təlimatlandırılır.                                                                                                                              

        təlimatlandırılma dövriliyi                                                                                                                              

4.2.3. Dövlət qulluqçusu özünün və digər əməkdaşların həyatının və sağlamlığının qorunması üçün əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur.

4.2.4. Dövlət orqanı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluqçusunu əmək funksiyalarının icrası ilə bağlı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalayır.

4.2.5. Əmək funksiyalarının icrası ilə bağlı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində dövlət qulluqçusunun həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir.

 

 

4.3. İş və istirahət vaxtına dair şərtlər

 

 

4.3.1. Dövlət qulluqçusunun gündəlik iş vaxtının müddəti 8 saatdan, həftəlik iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz.

4.3.2. “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluqçusu üçün__________________________________________________________________                              

qısaldılmış iş vaxtının tətbiqi üçun əsas

 həftədə 36 saat iş vaxtı müəyyən edilir.

4.3.3. İş saat ________ başlanır, saat _______ bitir.

4.3.4. Nahar vaxtı saat ______ başlanır, saat ______ bitir.

4.3.5. İstirahət günləri hər həftənin _______________günləridir.

4.3.6. “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilmiş dövlət qulluqçularının iş vaxtı istisna olmaqla, qulluq üçün zəruri olduqda, dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər.

4.3.7. Dövlət orqanının rəhbəri zəruri hallarda aylıq iş vaxtı normasını 5 saatdan çox artırdığı təqdirdə (ayda 17 saatdan çox olmamaq şərtilə), hər əlavə iş saatı üçün dövlət qulluqçusuna saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı ödənilir.

 

4.4. Məzuniyyətə dair şərtlər

 

 

4.4.1. Dövlət qulluqçusunun iş ilini _______________________ aylarından ibarət dövr əhatə edir və ona hər iş ili üçün əmək məzuniyyəti verilir.

4.4.2. Əsas məzuniyyət müddəti ____________ təqvim günüdür.

4.4.3. Əlavə məzuniyyət müddəti:

4.4.3.1. uzun illər işləməyə görə ____________ təqvim günü;

4.4.3.2. əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə____________ təqvim günü;

4.4.3.3. 14 yaşadək iki və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə ___________ təqvim günü.

4.4.4. Əmək məzuniyyətinin ümumi müddəti _________ təqvim günüdür.

4.4.5. Dövlət qulluqçusu növbəti məzuniyyətə çıxdıqda, ona  ______ aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. 

4.4.6. Ödənişli yaradıcılıq və təhsil məzuniyyətləri, sosial məzuniyyətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müddətlərə verilir.

4.4.7. Dövlət qulluqçusu öz arzusu ilə və dövlət orqanı rəhbərinin razılığı ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq ödənişsiz məzuniyyətə göndərilə bilər.

 

 

4.5. Bədən tərbiyəsi və idmana dair şərtlər

 

4.5.1. Dövlət qulluqçusuna bədən tərbiyəsi və idmanla, o cümlədən iş şəraitində və işdən sonra reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaradılır. 

4.5.2. Dövlət qulluqçusuna bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün şərait yaradılmasına dair şərtlər:

______________________________________________________________________

______________________________________________________________________

______________________________________________________________________

 

 

4.6. Tərəflərin müəyyən etdiyi digər əlavə şərtlər

 

 

4.6.1. _____________________________________________________________

 

4.6.2. _____________________________________________________________

 

4.6.3. _____________________________________________________________

bütün əlavə şərtlər təfsilatı ilə sadalanmalıdır

 

 

 

 

5. Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti

 

5.1. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərərə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq maddi məsuliyyət daşıyır. 

5.2. Dövlət qulluqçusunun qanunauyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

 

6. Sosial müdafiə məsələləri

 

6.1. Dövlət qulluqçusunun məcburi dövlət sosial sığortası üçün “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər ay __________ məbləğində sığorta haqqı ödənilir.

6.2.   Dövlət qulluqçusu və onun ailə üzvləri “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta edilirlər.

6.3. Dövlət qulluqçusu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta edilir.

6.4. Dövlət qulluqçusunun sosial müdafiəsi, güzəşt və imtiyazları, sosial sığorta hüququ təmin edilir.

6.5.   Dövlət qulluqçusuna əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və məbləğdə müavinət verilir.

 

7. Mülkiyyət münasibətlərinin tənzimlənməsi

 

7.1. Dövlət qulluqçusu onun istifadəsinə verilən dövlət əmlakının, habelə digər dövlət əmlakının qorunmasına cavabdehdir.

7.2. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlığından qənaətlə və səmərəli istifadə etməlidir.

7.3. Dövlət qulluqçusu dövlət sirrinin və əldə edilməsi qanunla məhdudlaşdırılan digər informasiyanın qorunmasına cavabdehdir və bu informasiyanı yaymağa görə cinayət məsuliyyəti, inzibati məsuliyyət, intizam məsuliyyəti və maddi məsuliyyət daşıyır.

 

8. Əmək müqaviləsində dəyişiklik edilməsi

 

 

8.1. Bu əmək müqaviləsində birtərəfli qaydada edilmiş dəyişiklik və düzəlişlərin hüquqi qüvvəsi yoxdur.

8.2. Tərəflərin razılığı ilə bu əmək müqaviləsində aşağıdakı dəyişikliklər edilmişdir:

 

8.2.1. _____________________________________________________________

 

8.2.2. _____________________________________________________________

 

8.2.3. _____________________________________________________________

bütün dəyişiklik təfsilatı ilə sadalanır

 

8.3. Hər iki tərəfin razılığı ilə edilmiş dəyişiklik Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq qüvvəyə minir və bu əmək müqaviləsinin tərkib hissəsidir.

 

İmzalar:

 

_____________________________               _____________________________

                   dövlət orqanının rəhbəri                                                                     dövlət qulluqçusu

 

 

 

9.  Əmək müqaviləsinə xitam verilməsi

 

9.1. Bu əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində nəzərdə tutulan əsaslarla xitam verilə bilər.

9.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsi ilə tənzimlənməyən dövlət qulluğuna xitamvermə ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci, 69-cu, 70-ci, 74-cü və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara əməl olunmaqla tənzimlənir.

9.3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə uyğun olaraq, dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay müddətində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, dövlət orqanının rəhbəri həmin müddəti əlavə olaraq 1 ay müddətinədək uzada bilər.

9.4. Bu əmək müqaviləsi dövlət orqanının rəhbəri tərəfindən ləğv edildikdə, dövlət qulluqçusu Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq xəbərdar edilir.

9.5. Zor işlətməklə, hədə-qorxu gəlməklə, yaxud hər hansı başqa üsulla dövlət qulluqçusunun iradəsi əleyhinə onun bu əmək müqaviləsini ləğv etməyə məcbur edilməsinə yol verilmir.

9.6. Bu əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar:

 

9.6.1. _____________________________________________________________

 

9.6.2. _____________________________________________________________

 

9.6.3. _____________________________________________________________

 

 

 

10. Yekun müddəalar

 

 

10.1. Bu əmək müqaviləsi qüvvədə olduğu müddətdə tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə, biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin inzibati qaydada və (və ya) məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.

10.2. Bu əmək müqaviləsi iki nüsxədə tərtib edilir, bir nüsxəsi dövlət qulluqçusunda, digər nüsxəsi isə dövlət orqanında saxlanılır.

10.3. Tərəflər bu əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər.

10.4. Bu əmək müqaviləsində nəzərdə tutulmamış, habelə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən hallar istisna olmaqla, tərəflərdən biri digərinin üçüncü şəxslər qarşısında öhdəliklərinə görə cavabdeh deyildir.

10.5. Tərəflərdən hər hansı biri bu əmək müqaviləsinin şərtlərini, digər tərəfin qanuni mənafelərini və hüquqlarını pozarsa, tərəflərdən birinin təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini tələb etmək hüququ vardır.

 

11. Tərəflərin imzaları və ünvanları

 

 

 

      Dövlət orqanının rəhbəri                                                  Dövlət qulluqçusu

 

______________________________                        ____________________________

                                    vəzifəsi                                                                     soyadı, adı, atasının adı

______________________________                        ____________________________

                      soyadı,adı, atasının adı                                                                                                       ünvanı

 

 

______________________________                          

             dövlət orqanının müştərisi olduğu bankın adı                                                            

______________________________

                              müxbir hesab

______________________________

                               S.W.I.F.T.

______________________________

                        hesablaşma hesabı

______________________________

                                  kod 

______________________________

vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) (bank)

 

 

 

______________________________

               dövlət orqanının hüquqi ünvanı

 

 

 

 ____________________________                           ____________________________

                                 imza                                                                                                          imza

 

                                    

                                                                                    ____________________________

                                      tarix

 

17 2019 00:42 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə