Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan III Dünya Köçəri Oyunlarına medalla başlamışdır

 Azərbaycan III Dünya Köçəri Oyunlarına medalla başlamışdır

Sentyabrın 2-də Qırğız Respublikasının İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində III Dünya Köçəri Oyunlarına start verilmişdir. Qırğızıstanın ­“SportAKİpress” portalının yaydığı xəbərə görə, bu ölkənin Dövlət Gənclər, Bədən Tərbiyəsi və İdman Agentliyinin direktoru Kanat Amankulov bildirmişdir ki, Oyunlarda iştirak üçün 82 ölkədən 2500-dən çox idmançı qeydiyyatdan keçmişdir. Onlar 594 medal--174 qızıl, 173 gümüş və 247 bürünc mükafat uğrunda mübarizə aparacaqlar.
Proqrama cıdır yürüşləri, at belində yarışlar, ənənəvi intellektual oyunlar, oxatma və bir sıra digər növlər üzrə turnirlər daxildir.
Bütün yarışlar dörd məkanda—Çolpon-Ata şəhərindəki Bədən Tərbiyəsi-Sağlamlıq Kompleksində, cıdır meydanında, Kırçın yamacında və “Yevraziya” mərkəzində keçirilir.
Oyunlarda ilk medallar tacik milli güləşi turnirinin qalib və mükafatçılarına təqdim olunmuşdur. Fərəhli haldır ki, Azərbaycan idmançıları medalların hesabını elə startda açmışlar. Elməddin Ramazanov fərqlənmişdir. Təmsilçimiz 82 kq çəki dərəcəsində bürünc medala sahib olmuşdur. On rəqibin çıxış etdiyi bu çəkidə çempion adını rusiyalı Artur Zulkarnayev qazanmışdır.
Digər iki çəki dərəcəsində fəxri kürsünün zirvəsini Maqlen Abdrəsulov (Qırğızıstan, 68 kq) və Annamırat Nuriyev (Türkmənistan, mütləq çəki dərəcəsi) fəth etmişlər. 
Oyunların birinci günü keçirilmiş yarışların yekununda ümumi hesabda Qırğızıstan və Türkmənistan komandaları irəli çıxmışlar. Bu ölkələr hərəyə üç medal-1 qızıl, 1 gümüş və 1 bürünc mükafatın sevincini yaşamışlar. Rusiya 1 qızıl, 1 bürünc, Monqolustan 1 gümüş, Qazaxıstan 2, Azərbaycan 1 bürünc medal qazanmışlar.

“Araz”ın rəqibləri məlumdur

Çempionlar Liqası turnirinin əsas mərhələsində 8-ci qrupda çıxış edəcək Azərbaycanın “Araz” futzal komandasının bütün rəqibləri artıq məlumdur.
Ölkə çempionumuz elit mərhələyə vəsiqə uğrunda mübarizədə Slovakiyanın “Luçenets”, Litvanın “Vitis” və Maltanın “Valletta” komandaları ilə qarşılaşacaq. Oyunlar oktyabrın 2-7-də Slovakiyada keçiriləcək. Qrupun qalibi elit mərhələyə yüksələcək.

Oqtay BAYRAMOV, 
 “Xalq qəzeti”

3 2018 22:00 - İDMAN
İDMAN
14 İyun 2019 | 23:29
Maradona istefa verib
14 İyun 2019 | 00:40
Transferlərə rekord ödəniş
12 İyun 2019 | 22:18
Ən çox qazanan idmançı
10 İyun 2019 | 19:05
Saviç üçün 100 milyon avro
8 İyun 2019 | 22:10
Eden Hazard “Real”da
7 İyun 2019 | 22:45
Klub satılır

Köhnə versiyamızdan xəbərləri izlə