Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suraxanı rayonu birinci rübə yekun vurub

Suraxanı rayonu birinci rübə yekun vurub

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib. Yığıncaqda rayonun birinci rüb ərzində sosial-iqtisadi inkişafının yekunları ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.  

Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident ­İlham Əliyevin giriş və yekun nitqində səsləndirdiyi başlıca müddəalar barədə ətraflı məlumat verən başçı İlqar Abbasov daha sonra bildirib ki, rayonda hesabat dövründə geniş abadlıq-quruculuq işləri davam etdirilib, ilkin hesablamalara görə, sənaye məhsulunun istehsalı 75,2 milyon manat, tikinti-quraşdırma işləri 53,1 milyon manat olub, orta aylıq əmək haqqı 550 manata çatıb, əhaliyə  88,3 milyon manat məbləğində ödənişli xidmətlər göstərilib, 950 yeni iş yeri açılıb.  
İlqar Abbasov qeyd edib ki, birinci rübdə “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində “Neftçilər” parkında yenidənqurma işləri başa çatdırılıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb və velosiped yolları çəkilib, işıqlandırma işləri görülüb. Bu istirahət məkanında “IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində hər cür şəraitə malik uşaq idman və futbol meydançaları da istifadəyə verilib.  
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva aprelin 18-də əsaslı şəkildə yenidən qurulan həmin parkda yaradılan şəraitlə tanış olublar.  
Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə “Neftçilər” parkında 613 ağac əkilib.  
Hesabat dövründə Leyla xanım Əliyeva rayonun 2 saylı uşaq evinin yeni idman meydançasında yaradılan şəraitlə də tanış olub, uşaqlarla görüşüb.   
RİH başçısı hesabat dövründə  istismara yararsız evlərin yerində çoxmərtəbəli yaşayış binalarının inşasının davam etdirildiyini, rayon infrastrukturunun inkişafının diqqət mərkəzində saxlanıldığını, bir sıra ünvanlarda  yeni qaz, su, kanalizasiya, elektrik, istilik xətlərinin çəkildiyini və təmir olunduğunu konkret faktlarla diqqətə çatdırıb. Natiq, həmçinin rüb ərzində məişət tullantılarının vaxtında daşınması və sanitar təmizliyin təmin olunmasının nəzarətdə saxlanıldığını,  ətraf mühitin yaxşılaşdırılması tədbirlərinin davam etdirildiyini, neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 1,3 hektar olan müxtəlif ölçülü 11 gölməçənin qurudulduğunu, neftlə çirklənən 4,695 hektar torpaq sahəsinin təmizləndiyini, 1168 ədəd ağac əkildiyini vurğulayıb.    
İlqar Abbasov qeyd edib ki, hesabat dövründə rayonun ideoloji mərkəzi olan Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 105 minə yaxın yerli və xarici ziyarətçi tanış olub, burada müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri və elmi-tədqiqat  institutları ilə birgə müxtəlif tədbirlər, yarışlar, müsabiqələr keçirilib.  
Ötən dövr ərzində vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə diqqət artırılıb, cari ilin ilk rübü ərzində RİH başçısı tərəfindən 220 nəfər vətəndaş qəbul edilib, qəsəbələrdə səyyar görüş-qəbulların keçirilməsinə mühüm önəm verilib. 
İclasda yuxarıda qeyd edilənlərlə bərabər, rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsinə daim həssas münasibət bəslənildiyi, ötən il ərzində Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsi tərəfindən aztəminatlı ailələrə 2,5 milyon manat məbləğində sosial müavinət ödənildiyi, rayon Məşğulluq  Mərkəzi tərəfindən 876 nəfərin işlə təmin olunduğu bildirilib. Həmçinin xatırladılıb ki, dövlət başçısının tapşırığına əsasən işsiz vətəndaşların haqqı ödənilən ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilib, cari ildə rayon üzrə 850 nəfər işsiz vətəndaşın yeni yaradılan “DOST İŞ Mərkəzi” MMC tərəfindən haqqı ödənilən ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub.  
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tağı Tağıyev, müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon sakinləri çıxış ediblər.  
Müzakirələri yekunlaşdıran İlqar Abbasov deyib: “Azərbaycanın bütün regionlarının, o cümlədən Suraxanının hərtərəfli inkişafına böyük diqqət və qayğı göstərən dövlətimizin başçısını əmin etmək istəyirəm ki, Heydər Əliyev siyasi və sosial- iqtisadi kursuna sadiq olan rayonun sakinləri və əmək kollektivləri cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən vəzifələrin yerinə yetirilməsi, rayonun daha da inkişaf etdirilməsi və abadlaşdırılması naminə üzərimizə düşən vəzifələrin icrası  üçün bütün səyləri səfərbər edəcəyik”. 

 

V.BAYRAMOV, “Xalq qəzeti” 

 

17 2019 00:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 11:21
“Azercell” Lənkəranda
23 Avqust 2019 | 11:00
Yeni planet kəşf edilib
23 Avqust 2019 | 11:00
Ən çox qazanan aktyor

Köhnə versiyamızdan xəbərləri izlə