Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 2019-cu ildə heyvanlar və quşlar arasında epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatların, dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanlarının, diaqnostikumların, reaktivlərin və baytarlıq ləvazimatlarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 2019-cu ildə heyvanlar və quşlar arasında epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatların, dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanlarının, diaqnostikumların, reaktivlərin və baytarlıq ləvazimatlarının satın alınması məqsədilə AÇIQ  TENDER  ELAN  EDİR
Tender 4 (dörd) lot üzrə keçirilir.
Lot-1. İri və xırda buynuzlu heyvanların dabaq xəstəliyi əleyhinə peyvənd vasitəsinin satın alınması.
Lot-2. Heyvanlar və quşlar arasında epizootik tədbirlərin aparılması məqsədilə bioloji preparatların satın alınması.
Lot-3. Laboratoriya diaqnostikumlarının, reaktivlərin və ləvazimatların satın alınması.
 Lot-4.Müalicə-profilaktika, dezinseksiya, dezinfeksiya preparatlarının və baytarlıq ləvazimatlarının satın alınması.
Tender proseduru 5 iyul 2019-cu il saat 16.00-da iddiaçıların və onların səlahiyyətli nümayəndələrin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində keçiriləcəkdir (Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7 A). Bioloji preparatların, dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanlarının, diaqnostikumların, reaktivlərin və ləvazimatların satın alınması büdcə vəsaitləri hesabına maliyyələşdirilir. Tələb olunan mallar tenderin qalibi olmuş – malgöndərən (podratçı) tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat bazasına 2019-cu il dekabrın 30-na qədər təhvil verilməlidir. 
Tenderdə iştirak etmək istəyənlər tenderin əsas şərtlər toplusunu Dövlət Baytarlıq Xidmətinin hesabına lot-1 üçün 40000 manat, lot-2 üçün 1500 manat , lot-3 üçün 700 manat və lot -4 üçün isə 500 manat və ya sərbəst dönərli valyuta ekvivalenti məbləğində iştirak haqqı ödədikdən sonra şərtlər toplusunu tender komissiyasının əlaqənləndiricisi Mustafa Allahverənovdan ala bilərlər.
Telefon- (+99412) 563-40-87
Dövlət Xəzinadarlığı Agentliyi 7-ci fond
Kod-210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.T BİK CTREAZ22
Vəsaiti alan- Dövlət Baytarlıq Xidməti
İBAN- AZ 27CTRE 00000000000002577701
VÖEN- 1500504901
Büdcə səviyyəsi kodu – 7
Büdcə təsnifatı kodu- 142340 
Tenderdə iştirak haqqı geri qaytarılmır.
Ünvan- Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3123-cü məhəllə, Dövlət Baytarlıq Xidməti.
Tenderin əsas şərtlər toplusu Azərbaycan, dilində hazırlanacaqdır.
Tender iştirakçıları öz tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərfdə 4 iyul 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq və zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifi və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə lotun nömrəsi, əsli, surəti və 5 iyul 2019-cu il saat 16 .00-a kimi açılmamalıdır sözləri qeyd olunmalıdır.
Malgöndərən (podratçı) tender təklifinin 
1 faizi həcmində, ən azı 60 bank günü qüvvədə qalan (zərflərin açıldığı tarixdən) səlahiyyətli bank tərəfindən verilmiş təminat təqdim etməlidir. Tender təkliflərinin qiymətləndirilməsi zamanı ən sərfəli qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında icra edilməsinə, iddiaçının potensial maliyyə və texniki imkanlarına, aidiyyatı işlər üzrə təcrübəsinin olmasına üstünlük veriləcəkdir.
İştirakçılar aşağıda qeyd olunan sənədləri 25 iyun 2019-cu il saat 
17.00 -a kimi tender komissiyasına təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış.
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən vaxtda tender komissiyasına təqdim edilərsə, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Telefon - (+99412) 563-40-87
www.tender.gov.az
 
Tender komissiyası
17 2019 00:09 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 May 2019 | 02:57
B i l d i r i ş
22 May 2019 | 02:56
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə