Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs imtahanların keçirilməsi üçün tələb olunan mal-materialların satın alınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs imtahanların keçirilməsi üçün tələb olunan mal-materialların satın alınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. İmtahanların keçirilməsi üçün tələb olunan mal-materialların satın alınması.
 Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 300 manat məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli ünvandan ala bilərlər.
 Təşkilat- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi phş (VÖEN- 1304673921)
 Bank- “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi 
 Ünvan- Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193
 Kod- 507699
 VÖEN (bank)-9900006111
 SWIFT-AZRTAZ22
 M/h- AZ02NABZ01350100000000022944
 H/h- AZ98AZRT38060019440028835001
 İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
 - tenderdə iştirak etmək üçün yazılı müraciət;
 - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
 - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
 - tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
 - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
 - iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
 - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
 - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
 - iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
 - tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
 - iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.
 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
 İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 21 iyun 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 5 iyul 2019-cu il saat 17.00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M) təqdim etməlidirlər.
 Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
 Təklif zərfləri 8 iyul 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
 İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim etdikdə).
 Əlaqələndirici şəxs- İlham Əliyev, telefon- 502-47-53/56/58, daxili 144
 Faks-465-87-96, 502-47-22.
 E-mail- [email protected]
 Ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M.

Tender komissiyası

17 2019 00:06 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 Avqust 2019 | 13:00
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə