Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zelenskinin andiçmə mərasiminin tarixi açıqlanıb

Zelenskinin andiçmə mərasiminin tarixi açıqlanıb

Ukraynanın Ali Radasının (parlamenti) verdiyi qərarla yeni seçilmiş Prezident Vladimir Zelenskinin andiçmə mərasiminin tarixi bəlli olub. TASS-ın yaydığı xəbərə görə Ukrayna Prezidentinin inauqurasiya mərasimi mayın 20-də baş tutacaq.
Mənbənin verdiyi məllumata görə, yeni dövlət başçısının komandası mərasimin mayın 19-da keçirilməsini təklif ediblər. Ümumiyyətlə, ukraynalı deputatlar 17, 19, 20, 26, 28 may, eləcə də 1, 2 iyun tarixləri ilə bağlı variantları nəzərdən keçiriblər.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin birinci mərhələsi martın 31-də baş tutub. 39 namizəddən heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün seçkilərin ikinci mərhələsi keçirilib. Aprelin 21-də baş tutan son turda Zelenski son prezident Petro Poroşenkoya qalib gəlib. Aprelin 30-u Ukrayna Mərkəzi Seçki Komissiyası V.Zelenskini rəsmi olaraq prezident seçkilərinin qalibi elan edib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

17 2019 00:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə