Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və İraq təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəklər

Türkiyə və İraq təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ankarada səfərdə olan İraqın Baş naziri Adil Əbdülmehdi birgə mətbuat konfransı keçiriblər. Liderlər ölkələrinin terrorla mübarizə və milli təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətində olduqlarını bildiriblər. Məlumatı “Anadolu” agentliyi yayıb. 
Türkiyə dövlətinin başçısı ölkəsinin qonşu İraqla hərtərəfli əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb: “Biz hərbi əməkdaşlıq və təhlükəsizlik sahəsində Türkiyə-İraq müqaviləsini imzalamağı qərara almışıq”. R.T.Ərdoğan, həmçinin deyib ki, tərəflər İŞİD, PKK və FETÖ terror təşkilatlarına qarşı birgə mübarizəni davam etdirmək barədə razılığa gəliblər. 
Türkiyə Prezidenti vurğulayıb ki, rəsmi Ankaranın İraqda baş verən proseslərə münasibətdə mövqeyi dəyişməz qalır. Belə ki, Türkiyə dövləti İraqın ərazi bütövlüyü və siyasi birliyinin qorunmasına bundan sonra da öz dəstəyini verməyə hazırdır. Yeri gəlmişkən, Türkiyənin bizneş şirkətləri hazırda İraq iqtisadiyyatının bərpa olunması prosesində fəal iştirak edirlər. 
R.T.Ərdoğan, həmçinin bildirib ki, İŞİD terrorçularının zədələyərək sıradan çıxardıqları Kərkük–Ceyhan neft kəmərinin tezliklə bərpa olunması hər iki tərəf üçün vacibdir və bu istiqamətdə əməli tədbirlər həyata keçirilməlidir. 
İraqın Baş naziri səmimi qəbul üçün minnətdarlığını bildirib və ölkəsinin Türkiyə ilə iqtisadi əlaqələrinin genişləndirilməsi üçün əlindən gələni əsirgəməcəyini vəd edib. Mətbuat konfransında belə bir niyyət də səsləndirilib ki, ən yaxın gələcəkdə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmini 20 milyarda dollara çatdırmaq lazımdır. 

M.HACIXANLI, “Xalq qəzeti” 

17 2019 00:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə