Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda UEFA Avropa Liqası final oyununun keçirilməsi ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda UEFA Avropa Liqası final oyununun keçirilməsi ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb

Bakıda UEFA Avropa Liqası final oyununun keçirilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu çox sayda təyyarə və sərnişinləri qəbul etmək məqsədilə xüsusi tədbirlər planı hazırlamışdır. Bakı Hava Limanının bütün xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. 
Heydər Əliyev Beynəlxalq Aeroportunun buraxılış qabiliyyəti saatda 10 min sərnişin təşkil edir. Bununla da əlaqədar olaraq, heç bir aviaşirkətin müntəzəm və çarter reyslərini yerinə yetirməsindən imtina edilməyəcək.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu mayın 28-də və 29-da çarter reyslərinin yerinə yetirilməsi üçün 45-dən çox müraciəti təsdiqləmişdir. Bura, həmçinin 16 biznes aviasiya reysi daxildir, 2 aviareys ilə futbol komandaları və 10 reys ilə klubların fanatları gətiriləcək. Həmçinin “Türk Hava Yolları”, “Air Arabia”, “Fly Dubai”, “ISRair”, “Jazeera Airways” və s. kimi xarici aviaşirkətlər əlavə uçuşlar yerinə yetirmək üçün müraciət etmişlər.
Finalın keçiriləcəyi dövrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda bütün reyslərin maneəsiz yerinə yetirilməsi və terminaldan daha çox sərnişinin rahat keçməsi üçün bütün şərait yaradılacaq.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti bildirir ki, Bakı Hava Limanı artıq belə böyük beynəlxalq tədbirlərin keçirilməsində geniş təcrübəyə malikdir.

“Xalq qəzeti”

17 2019 00:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə