Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birjalarda neftin qiyməti artır

Birjalarda neftin qiyməti artır

Dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. 
Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,57 faiz artaraq bir bareli 72,40, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,38 faiz artaraq bir bareli 63,10, Azərbaycanın  “AzeriLight” markalı neftinin qiyməti 0,59 faiz artaraq bir bareli 73,91 dollar olub.
Ekspertlər bildiriblər ki, OPEC+ dövlətlərin hasilatı azaltmaq barədə razılaşmaya əməl etmələri, qiyamçıların  Səudiyyə Ərəbistanı və digər ölkələrin neft kəmərlərini partlatmaqları dünya bazarında “qara qızıl”ın qiymətinin artmasına səbəb olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

17 2019 00:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə