Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qruplaşmanın lideri həbs edilib

Qruplaşmanın lideri həbs edilib

Fransa və İspaniyanın hüquq-mühafizə orqanlarının keçirdikləri birgə əməliyyat nəticəsində Bask bölgəsinin müstəqilliyi uğrunda mübarizə apardığını elan edən ETA-nın lideri Cosu Ternera Fransanın Sallançes bölgəsində həbs olunub. 
17 ildir qaçaq həyatı yaşayan C.Ternera (Antonio Urrutikoeçea) 1987-ci ildə İspaniyanın Zaraqos şəhərində polis kazarmasına hücumda və 11 nəfərin öldürülməsində ittiham olunur. 
ETA Avropa İttifaqının terrorçu qruplar siyahısına daxil edilib. Bu qrup 1959-cu ildən 2018-ci ilədək fəaliyyət göstərib. Ötən il fəaliyyətini dayandırdığını elan edib. 
Xəbəri “Haber7” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

16 2019 23:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə