Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İspan təmsilçi: Azərbaycanda kənd təsərrüfatı ilbəil inkişaf edir

İspan təmsilçi: Azərbaycanda kənd təsərrüfatı ilbəil inkişaf edir

Bakıda əməkdaşlıq etdiyimiz bir sıra şirkətlər var və Azərbaycanın bu cür mötəbər sərgiyə ev sahibliyi etməsini alqışlayırıq. Bunu “Xalq qəzeti”nə açıqlamasında

Bakıda Ekspo Mərkəzdə keçirilən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisində iştirak edən   “Viveros Veron” şirkətinin  təmsilçisi Chus Veron bildiridi. İspan şirkətini təmsil etdiyini bildirən Chus Veron vurğuladı ki,  şirkət tingçiliklə məşğul olur: “ Bizim də uğurla təmsil olunduğumuz bu sərgi çox maraqlıdır, yaxşı təşkil edilib. Azərbaycanda ilbəil kənd təsərrüfatı sahəsi inkişaf edir. Biz artıq 3 ildir ki, Bakıda fəaliyyət göstəririk. Sizin bir sıra yerli şirkətlərlə əməkdaşlıq edirik. Burada fəaliyyət göstərməkdən və bir sıra yerli və xarici şirkətlərin bir araya gətirən belə bir sərgidə iştirak etmək xoşdur.”

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
Fotolar Elşən AĞALARINDIR

16 2019 17:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə