Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belarus təmsilçiləri məhsullarını ölkəmizdə görmək arzusundadırlar

Belarus təmsilçiləri məhsullarını ölkəmizdə görmək arzusundadırlar

Bakıda Ekspo Mərkəzdə keçirilən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisində iştirak edən Belarus təmsilçiləri təşkilatçılığı və sərginin əhəmiyyətini xüsusi vurğuladılar. 

Belarus Respublikasının  “Qanna” quşçuluq broyler fabrikinin marketinq üzrə mütəxəssisi  İvanova Alesianın sözlərinə görə,  digər şirkətləri və bazarı öyrənmək üçün bu cür sərgilərin əhəmiyyəti böyükdür : Bizim fabrikimiz toyuq məhsulları üzrə ixtisaslaşıb. Biz sadəcə toyuq məhsulları istehsal edirik. Toyuq ətindən olan kolbasa və digər  məhsulları nümayiş etdiririk.   İlk dəfədir ki, Bakıdayam. Şəhəriniz heyranedici olmaqla yanaşı, həm də səliqəlidir. İnsanların ünsiyyəti və mental dəyərləriniz çox gözəldir.

Belarusun “Soloqarskaya” quşçuluq fabrikinin təmsilçisi Yuliya Kupriyanoviç  də sərginin yüksək səviyyədə təşkil olunduğunu bildirdi və qeyd etdi ki, ilk dəfədir, təmsil etdiyi qurum Bakıda sərgidə təmsil olunur. “Biz  bu sərgidə öz məhsullarımızı nümayiş etdirməklə, onbları tanıdır, həm də Azərbaycan bazarına daxil olmaq istəyirik. Əgər distribüter şirkət tapa bilsək ki, Azərbaycandakı müştərilər də  mütəmadi olaraq məhsullarımızdan alıb  dada biləcək. “

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
Fotolar Elşən AĞALARINDIR

16 2019 17:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə