Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha bir beynəlxalq təşkilatın Azərbaycan təmsilçiliyi yaradılıb

Daha bir beynəlxalq təşkilatın Azərbaycan təmsilçiliyi yaradılıb

Bu günlərdə Türkiyənin Bursa şəhərində keçirilən Beynəlxalq Folklor Festivalları Təşkilatının illik toplantısında bu quruma Azərbaycan da üzv seçilib. Bu barədə təşkilatın Azərbaycan təmsilçisi seçilən Ankarada uzun illərdir Azərbaycan rəqslərini gənc nəslə öyrədən Anka Azərbaycan Rəqs və Sənət Topluluğunun rəhbəri Dərya Akdemir bildirib. O  qeyd edib ki,  bir neçə ildir bu qurumla əməkdaşlıq etsələr də, artıq bu il təşkilat  ona Azərbaycan təmsilçiliyini rəsmən etibar edib: “Beynəlxalq Folklor Festivalları Təşkilatı dünyada bir çox beynəlxalq kültür festivallarını həyata keçirən mötəbər bir qurumdur və belə bir təşkilatda  Azərbaycanımızın təmsil olunması çox qürurverici bir haldır. Çox sevinirəm ki, bu qurumda Azərbaycanı mən təmsil edəcəyəm. Çalışacağam ki, ölkəmizi ən layiqli bir şəkildə təmsil edim və iştirak etdiyim bütün tədbirlərdə zəngin mədəniyyətimizin dünyaya təqdim olunmasında öz töhfəmi verim”.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

16 2019 17:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə