Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tərtər və Goranboy rayonlarında vətəndaşların qəbulu keçiriləcək

Tərtər və Goranboy rayonlarında vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov may ayının 24-də Tərtər rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Goranboy rayonunda vətəndaşları qəbul edəcəklər. Bu barədə AAYDA-nın ictimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu Tərtər rayonu, Tərtər İdman və Gənclər mərkəzində saat 10:00-da keçiriləcək. Qəbulda Tərtər və Bərdə rayonlarının sakinləri iştirak edə bilərlər.

Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Goranboy rayonu, Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Goranboy rayonunun sakinləri iştirak edə bilərlər.

Qəbullar zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

16 2019 17:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə