Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir. 

Reyd zamanı Quba rayonu Tülər kəndi ərazisində yeşik hazırlanan sexdə  qanunsuz yolla əldə edilmiş 6 m3 həcmində fıstıq və vələs  cinsli meşə materialı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, faktla bağlı sex sahibi Yaşar Baxışov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən  993 manat məbləğində ziyan tətbiq edilib. Meşə fonduna dəymiş ziyanın ödənilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

 

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

 

                           

 

 

 

1 2018 17:35 - EKOLOGİYA
EKOLOGİYA
15 İyul 2019 | 16:20
Görüş keçirilib
11 İyul 2019 | 15:33
Italiyada apelsin boyda dolu
11 İyul 2019 | 11:33
Hava şəraiti necədir

Köhnə versiyamızdan xəbərləri izlə