Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Generalın son əmri” yenidən Milli Dram Teatrında

“Generalın son əmri” yenidən Milli Dram Teatrında

Mayın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq şairi Vaqif Səmədoğlunun "Generalın son əmri" əsəri əsasında eyniadlı ikihissəli tragikomik tamaşa nümayiş olunacaq.

Teatrdan  bildirilib  ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, aktyorlar Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev, Elnar Qarayev və Cümşüd Zeynalov ifa edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 2019 15:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə