Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOCAR Aral dənizində geologiya-kəşfiyyat işləri ilə məşğul olacaq

SOCAR Aral dənizində geologiya-kəşfiyyat işləri ilə məşğul olacaq

Böyük Britaniyanın “BP Exploration”, Azərbaycanın SOCAR və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri Aral dənizində investisiya bloklarında geologiya-kəşfiyyat işlərinin aparılması barədə saziş imzalayıb.

Sənəd Aral dənizinin Özbəkistan hissəsində, Sams-Kosbulak və Bayterek investisiya bloklarında geologiya-kəşfiyyat işlərini nəzərdə tutur.

Xatırladaq ki, “Uzbeknefteqaz” BP və SOCAR ötən ilin mayında geologiya-kəşfiyyat işləri ilə əlaqədar iki memorandum imzalamışdı. Bu memorandumlar SOCAR-da özbək mütəxəssislərin hazırlanmasını, eləcə də “Uzbeknefteqaz”ın Azərbaycanda şelf layihələrində iştirakını nəzərdə tutur.

                                              

“Xalq qəzeti”

16 2019 15:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə