Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuzda Fitoterapevtlər Cəmiyyətinin tədbiri keçirilib

Tovuzda Fitoterapevtlər Cəmiyyətinin tədbiri keçirilib

Tovuz rayon İcra hakimiyyətinin, Milli Məclisin deputatı Q.Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin və Tovuz Gənclər evinin dəstəyilə keçirilən seminarda çıxış edən Q.Paşayeva Fitoterapevtlər Cəmiyyətinin paytaxtdan kənar ilk tədbirinin Tovuzda keçirilməsinin təsadüfi olmadığını deyib, çünki Tovuz rayonu zəngin florası olan bölgələrdən biridir.

O deyib: "Bildiyiniz kimi cənab Prezident İlham Əliyev çıxışlarında ölkəmizdə bütün sahələrin inkişafına diqqət yetirilməsinin önəmini qeyd edir və fitoterapiyaya da xüsusi diqqət göstərilməsi vacib sahələrdən biridir. Azərbaycan, o cümlədən Tovuz rayonu zəngin floraya sahibdir, çox sayda şəfalı bitkilərlə zəngindir". Bildirib ki, fitoterapiya, onun vacibliyi və əhəmiyyəti ilə bağlı əhalimizin geniş maarifləndirilməsi işlərinə böyük ehtiyac var və  bölgələrimizdə bu kimi tədbirlərin keçirilməsi bu istiqamətdə çox vacibdir. Q.Paşayeva sağlam həyat tərzinin, düzgün qidalanma və xəstələnmənin qarşısının alınmasının - profilaktikanın vacibliyini qeyd edib. Qidalanma üçün faydalı, eyni zamanda dərman bitkiləri ehtiyatı ilə zəngin olan ölkəmizdə həmin bitkilərdən müxtəlif məhsulların və müxtəlif dərmanların hazırlanmasının yaxın gələcəkdə önəmi barədə də danışaraq bu sahədə araşdırma, tədqiqat aparan alimlərin, tədqiqatçıların təmsil olunduğu  Fitoterapevtlər Cəmiyyətinə ölkəmizdə fitoterapiyanın inkişafına müsbət töhfələr verəcəyinə inandığını deyib və uğurlar diləyib.

"Fitoterapevtlər Cəmiyyəti” İB-nin sədri Məlahət Qəhrəmanova rəhbərlik etdiyi cəmiyyət haqqında geniş məlumat verib və bildirib ki, cəmiyyətin əsas məqsədi ölkəmizin zəngin dərman bitkiləri ehtiyatından istifadə edərək bu sahədə ölkəmiz üçün daha boyük uğurlar əldə etmək, eyni zamanda Azərbaycanın dərman bitkilərini bütün dünyaya tanıtmaqdır. O, Fitoterapevtlər cəmiyyətində bu sahədə mütəxəssis olan alim və tədqiqatçıların təmsil olunması, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə də geniş məlumat verib.

   Azərbaycan Tibb Universitetinin professoru Aidə Bəndəliyeva  “Təbii mənşəli müalicə vasitələri və sağlamlıq”la bağlı çıxış edib və zəngin dərman bitkiləri ehtiyatına malik ölkəmizin bölgələrində bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.  Cəmiyyətin icraçı direktoru Ülviyyə Abbasova  təşkilatın maarifləndirmə istiqamətində hədəfləri barədə geniş məlumat verib və bu kimi tədbirlərin keçirilməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşüb. Tədbirdə Tovuz rayon icra başçısının müavini Təranə Bayramova da iştirak edib. Ziyalılar çıxış edərək seminarın mövzusu ilə bağlı fikirlərini bildiriblər.

“Fitoterapevtlər Cəmiyyəti” İB-nin sədri M.Qəhrəmanova, İB-in icraçı direktoru Ü.Abbasova və professor A.Bəndəliyeva Tovuz rayon icra başçısı Məmməd Məmmədov və deputat Q.Paşayeva ilə görüşdə rayonun fitoterapiya sahəsində potensialı və bu sahənin inkişafı istiqamətində bir sıra təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 15:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə