Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təbriz Universitetinin yubileyində

Təbriz Universitetinin yubileyində

Təbriz Universitetinin 70 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçirilmişdir. Tədbirdə Türkiyə, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri ilə yanaşı, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli və Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov da iştirak etmişlər.
Universitetinin rektoru, professor Rza Purməhəmmədi çıxış edərək təhsil ocağının tarixindən danışmışdır. Qeyd olunmuşdur ki, Təbriz Universiteti İranın yüksək səviyyəli təhsil ocaqlarından biridir. Universitet İranın Şərqi Azərbaycan vilayətinin ictimai-siyasi və iqtisadi həyatında önəmli rol oynamışdır.
İran İslam Respublikasının rəsmi nümayəndələri, o cümlədən elm və tədqiqatlar nazirinin müavini, Şərqi Azərbaycan Vilayətinin valisi və başqaları çıxış edərək Təbriz Universitetinin fəaliyyətini yüksək qiymətləndirmişlər.
Tədbirdə çıxış edən akademik Abel Məhərrəmov bildirmişdir ki, son illər İran ilə Azərbaycan arasındakı münasibətlər bütün istiqamətlər üzrə, o cümlədən təhsil sahəsində inkişaf edir, birgə tədqiqatlar aparılır. Humanitar sahədə qarşılıqlı əməkdaşlığa toxunan A.Məhərrəmov qeyd edib ki, uzun illərdir BDU-da fars dili və ədəbiyyatı üzrə böyük elmi məktəb yaradılıb. Qarşılıqlı əlaqələrin daim irəliləməsi ali məktəblərdə tədrisin və təhsilin keyfiyyətinə də müsbət təsir göstərir. Bu baxımdan Bakı Dövlət Universiteti 100 illik yubileyi ərəfəsində dünyanın bir çox ölkələrinin, o cümlədən İranın ali təhsil məktəbləri ilə əlaqələrini intensivləşdirmək niyyətindədir.
Akademik İsa Həbibbəyli İranın elmi mühitində Təbriz Universitetinin xüsusi yerinin olduğunu bildirmişdir. Qeyd etmişdir ki, uzun illər aparılan elmi tədqiqatların nəticəsidir ki, bu gün Təbriz Universitetinin müəllimlərinin məqalələri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunur. Məhəmmədhüseyn Şəhriyarın, Şəms Təbrizinin yubiley tədbirlərinin birgə keçirildiyini deyən İsa Həbibbəyli Azərbaycanın ali təhsil müəssisələri ilə Təbriz Universiteti arasında əməkdaşlığın davam edəcəyini bildirərək, ali məktəbin müəllim-professor heyətinə uğurlar arzulamışdır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 

3 2018 21:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə