Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vüsal Qasımlı: Azərbaycanda maliyyə texnologiyalarının tətbiqini genişləndirmək lazımdır

Vüsal Qasımlı: Azərbaycanda maliyyə texnologiyalarının tətbiqini genişləndirmək lazımdır

İqtisadi İslahatların Təhlili və Kommunkasiyalar Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Bank işində və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlikmövzusunda FINTEX sammitində bildirib ki, Azərbaycanda maliyyə texnologiyalarının tətbiqini genişləndirmək lazımdır.

Vüsal Qasımlı qeyd edib ki, ənənəvi bankçılıq maliyyə texnologiyalarının istifadəsini genişləndirməli və açıq bankçılığa sürətli keçidi təmin etməlidir. O əlavə edib ki, Asiya və Cənubi Amerika bazarlarında maliyyə texnologiyaları sürətlə inkişaf edir: “Proqnozlara görə, 2024-cü ilədək maliyyə texnologiyaları bazarı 60 milyard dollara çatacaq və Asiya bu istiqamətdə vacib yer tutacaq”.

İcraçı direktorun sözlərinə görə, Azərbaycan bu imkanlardan istifadə etməli və maliyyə texnologiyalarının tətbiqini genişləndirməlidir. Bu texnologiyalar xərcləri 30 faizədək azaltmağa imkan verir.

 

“Xalq qəzeti”

16 2019 13:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə