Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-aprel aylarında 23,8 milyard manatlıqdan çox Ümumi Daxili Məhsul istehsal olunmuşdur

Yanvar-aprel aylarında 23,8 milyard manatlıqdan çox Ümumi Daxili Məhsul istehsal olunmuşdur

2019-cu ilin yanvar-aprel aylarında ölkədə 23813,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, ÜDM istehsalının 46,5 faizi sənayenin, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 2411,8 manata bərabər olmuşdur.

 

“Xalq qəzeti”

16 2019 12:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə