Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 219    Bakı şəhəri, 13 may 2019-cu il


“Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 
1. “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 60; 2012, № 5, maddə 484, № 6, maddə 625, № 10, maddə 1008; 2013, № 10, maddə 1230; 2015, № 12, maddə 1561; 2016, № 10, maddə 1701, № 12, maddə 2239; 2017, № 4, maddə 640, № 12 (II kitab), maddə 2536; 2018, № 5, maddə 1143, № 11, maddə 2429)  1-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları: 
3.1. tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;
3.2. bu Qərarın 3.1-ci bəndində nəzərdə tutulmuş yenidən təşkiletmə barədə  qərar qəbul edildiyi tarixdən iki ay müddətində bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini təsdiq etsinlər;
3.3. bu Qərarın 3.2-ci bəndində nəzərdə tutulmuş nizamnamələr təsdiq edildikdən sonra tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətləri beş gün müddətində etmələrini təmin etsinlər; 
3.4. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədə sonradan ediləcək dəyişikliklərdən irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) nizamnamələrində dəyişiklikləri bir ay müddətində təsdiq etsinlər və bundan irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətləri beş gün müddətində etmələrini təmin etsinlər.   
4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə  təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin nizamnamələrini bu Qərarın 5.2-ci bəndində nəzərdə tutulmuş təklif təqdim edildiyi gündən iki ay müddətində və nizamnamələrində dəyişiklikləri bu Qərarın 5.4-cü bəndində nəzərdə tutulmuş təklif təqdim edildiyi gündən bir ay müddətində təsdiq etsin.
5. Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər:
5.1. tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;
5.2. bu Qərarın 5.1-ci bəndində nəzərdə tutulmuş yenidən təşkiletmə barədə  qərar qəbul edildiyi tarixdən bir ay müddətində bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinin təsdiq edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etsinlər;
5.3. bu Qərarın 5.2-ci bəndində nəzərdə tutulmuş nizamnamələr təsdiq edildikdən sonra tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətləri beş gün müddətində etmələrini təmin etsinlər; 
5.4. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədə sonradan ediləcək dəyişikliklərdən irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin nizamnamələrində dəyişikliklərin təsdiq edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etsinlər və bundan irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətləri beş gün müddətində etmələrini təmin etsinlər.  
6. Bu Qərarın 3.1-ci və 5.1-ci bəndlərinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinə həvalə edilsin.
7. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2019-cu il 13 may tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi

1. Ümumi müddəalar

  1. 1.1. Bu Nümunəvi Nizamnamə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək, habelə dövlət və bələdiyyə tərəfindən yaradılan (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) orta ixtisas təhsili müəssisələrinin (bundan sonra – orta ixtisas təhsili müəssisələri) fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədini daşıyır.
  2. 1.2. Bu Nümunəvi Nizamnamə hər bir orta ixtisas təhsili müəssisəsi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab

 

olunur.

  1. 1.3. Orta ixtisas təhsili müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını, habelə əlavə təhsil proqramlarını həyata keçirən publik hüquqi şəxsdir.
  2. 1.4. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət tərəfindən, o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində orta ixtisas təhsili müəssisəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti yaradır.
  3. 1.5. Bələdiyyə tərəfindən orta ixtisas təhsili müəssisəsini müvafiq bələdiyyə yaradır.
  4. 1.6. Orta ixtisas təhsili müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında” qanunlarını və digər normativ hüquqi aktlarını, tabe olduğu dövlət orqanının (qurumunun) əmr və sərəncamlarını, yaxud bələdiyyənin qərarını və öz nizamnaməsini rəhbər

 

tutur.

  1. 1.7. Orta ixtisas təhsili müəssisəsinin müstəqil balansı, istifadəsində olan dövlət və ya bələdiyyə əmlakı, bank hesabı, üzərində tabe olduğu dövlət orqanının (qurumunun) və ya bələdiyyənin adı, həmçinin öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
  2. 1.8. Orta ixtisas təhsili müəssisəsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Orta ixtisas təhsili müəssisəsinin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
  3. 1.9. Orta ixtisas təhsili müəssisəsi öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

  1. 1.10. Qanuna uyğun olaraq, orta ixtisas təhsili müəssisəsinin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Orta ixtisas təhsili müəssisəsi məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
  2. 1.11. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə lisenziya Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” və “Təhsil haqqında” qanunlarına uyğun olaraq verilir.
  3. 1.12. Orta ixtisas təhsili müəssisəsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya

 

edilir.

1.13. Orta ixtisas təhsili müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol

verilmir.

1.14. Orta ixtisas təhsili müəssisəsi öz fəaliyyəti barədə ictimaiyyəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırır.

  1. 1.15. Orta ixtisas təhsili müəssisəsinin orta ixtisas təhsili sahəsində beynəlxalq əlaqələri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
  2. 1.16. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orta ixtisas təhsili müəssisəsinin növünü göstərən adı olur.
  3. 1.17. Orta ixtisas təhsili müəssisəsinin nizamnaməsində onun yerləşdiyi ünvan göstərilir.

 

 

2. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinin məqsədi və istiqamətləri

  1. 2.1. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinin məqsədi cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin etməkdir.

2.2. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. orta ixtisas təhsili proqramlarının həyata keçirilməsi;

  1. 2.2.2. ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisəsinə qəbul olunanlar üçün orta ixtisas təhsili proqramları ilə yanaşı, tam orta təhsil proqramının da həyata keçirilməsi;

 

2.2.3. əlavə təhsil proqramlarının həyata keçirilməsi.

3. Orta ixtisas təhsili müəssisəsinin vəzifələri və hüquqları

3.1. Orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, orta ixtisas təhsili müəssisəsinin vəzifələri aşağıdakılardır:

  1. 3.1.1. orta ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
  2. 3.1.2. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək;
  3. 3.1.3. hər bir təhsilalanın intellektual, mədəni və mənəvi inkişafı, təhsilalma tələblərini ödəmək;
  4. 3.1.4. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək və onun monitorinqini həyata keçirmək;
  5. 3.1.5. təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək;
  6. 3.1.6. ayrı-ayrı fəaliyyət sahələri üçün orta ixtisas təhsilli mütəxəssislərin hazırlanmasını həyata keçirmək;
  7. 3.1.7. profilinə uyğun olaraq, nəzəri-metodoloji, pedaqojimetodiki və tətbiqi elmi tədqiqatlar aparmaq və elmi-metodiki sənədlər hazırlamaq;
  8. 3.1.8. sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilini təşkil etmək;
  9. 3.1.9. orta ixtisas təhsili müəssisəsi əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

 

  1. 3.1.10. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmaq;
  2. 3.1.11. orta ixtisas təhsili müəssisəsinin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
  3. 3.1.12. “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmaq;
  4. 3.1.13. orta ixtisas təhsili müəssisəsinin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
  5. 3.1.14. qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək, müvafiq məsələlərə münasibət bildirmək;
  6. 3.1.15. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil etmək;
  7. 3.1.16. maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görmək;
  8. 3.1.17. hər bir təhsilalanın, valideynin və ya digər qanuni nümayəndənin orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi, lisenziya və dövlət akkreditasiyası haqqında sənədlə tanış olmasına şərait yaratmaq;
  9. 3.1.18. təhsilalanların sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək;
  10. 3.1.19. orta ixtisas təhsili müəssisəsinin ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
  11. 3.1.20. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
  12. 3.1.21. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
  13. 3.1.22. orta ixtisas təhsili müəssisəsinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
  14. 3.1.23. müvafiq sahədə inzibati xəta və cinayət əlamətləri aşkar etdikdə, aidiyyəti üzrə məlumat vermək;
  15. 3.1.24. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
  16. 3.1.25. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn, habelə orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
  17. 3.2. Öz vəzifələrini yerinə yetirmək üçün orta ixtisas təhsili müəssisəsinin aşağıdakı hüquqları vardır:

 

  1. 3.2.1. ixtisaslara uyğun dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq və nəşr etmək;
  2. 3.2.2. öz imkanları daxilində orta ixtisas təhsilini bitirməsi haqqında dövlət sənədi olan vətəndaşların əlavə təhsil almasını təşkil etmək;
  3. 3.2.3. xarici dövlətlərin orta ixtisas təhsili müəssisələri ilə bağlanılmış ikitərəfli və çoxtərəfli müqavilələrə uyğun olaraq, beynəlxalq təhsil proqramları həyata keçirmək;
  4. 3.2.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və öz nizamnaməsinə uyğun olaraq, ölkənin və xarici dövlətlərin ərazisində filiallar (dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla), idarə və nümayəndəliklər açmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək, habelə təhsilin

 

inkişafı və təkmilləşdirilməsi məqsədilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq;

  1. 3.2.5. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanılması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq, xarici ölkələrin orta ixtisas təhsili müəssisələri, təşkilatları ilə, beynəlxalq qurumlarla və fondlarla əlaqələr yaratmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirmək;
  2. 3.2.6. Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” qanunları ilə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
  3. 3.2.7. təhsilalanlar və əməkdaşlar üçün idman, sağlamlıq və məişət xidmətləri təşkil etmək və göstərmək;
  4. 3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
  5. 3.2.9. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

 

  1. 3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
  2. 3.2.11. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
  3. 3.2.12. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
  4. 3.2.13. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
  5. 3.2.14. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn, habelə orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
  6. 3.3. Dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli, bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsində təhsil bələdiyyə hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş şəxslərin dövlət və bələdiyyə tərəfindən yaradılan

 

orta ixtisas təhsili müəssisələrində təhsil xərcləri müvafiq qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

  1. 3.4. Orta ixtisas təhsili proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələbləri Azərbaycan Respublikasının Nazirlər Kabineti orta ixtisas təhsili pilləsi üzrə təsdiq edilən dövlət təhsil standartı ilə müəyyənləşdirir.
  2. 3.5. Orta ixtisas təhsili müəssisəsində tədris orta ixtisas təhsili pilləsi üzrə təhsilin məzmununu və mənimsənilməsi qaydalarını müəyyən edən və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən təhsil proqramları ilə həyata keçirilir.
  3. 3.6. Orta ixtisas təhsili müəssisəsində təlim-tərbiyə prosesinin təşkili ilə bağlı digər məsələlər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin həmin Qanundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir.

 

4. Orta ixtisas təhsili müəssisəsinin idarə olunması

4.1. Orta ixtisas təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” qanunlarına və öz nizamnaməsinə uyğun olaraq idarə

edilir.

4.2. Orta ixtisas təhsili müəssisəsinin təsisçisinin səlahiyyətləri aşağıdakılardır:

  1. 4.2.1. orta ixtisas təhsili müəssisəsinin nizamnaməsinin və strukturunun təsdiqi;
  2. 4.2.2. orta ixtisas təhsili müəssisəsinin nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
  3. 4.2.3. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;
  4. 4.2.4. icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
  5. 4.2.5. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
  6. 4.2.6. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanılmasına razılıq verilməsi;
  7. 4.2.7. orta ixtisas təhsili müəssisəsinin yenidən təşkili və ləğv edilməsi.
  8. 4.3. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət tərəfindən dövlət orqanının tabeliyində yaradılan orta ixtisas təhsili müəssisəsinin nizamnaməsini həmin dövlət orqanı təsdiq edir.
  9. 4.4. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılan orta ixtisas təhsili müəssisəsinin nizamnaməsini Azərbaycan Respublikasının Təhsil Nazirliyi təsdiq edir.
  10. 4.5. Dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin nizamnaməsində dəyişikliklər həmin təhsil müəssisəsinin Pedaqoji Şurasında müzakirə edilir və bu Nümunəvi Nizamnamənin 4.3-cü və 4.4-cü bəndləri ilə müəyyən edilmiş qaydada təsdiq olunması üçün aidiyyəti üzrə təqdim edilir.
  11. 4.6. Bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin nizamnaməsini və onda dəyişiklikləri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi nəzərə alınmaqla, bələdiyyə təsdiq edir.
  12. 4.7. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət tərəfindən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində yaradılan orta ixtisas təhsili müəssisəsinə münasibətdə təsisçinin səlahiyyətlərini (nizamnamənin təsdiqi, həmçinin bu Nümunəvi Nizamnamənin 4.2.2-ci, 4.2.4-cü (icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi) və 4.2.7-ci yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər istisna olmaqla) tabe olduğu dövlət qurumu həyata keçirir.
  13. 4.8. Dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Pedaqoji Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq

 

əsasnamə və orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

4.9. Bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

  1. 4.10. Orta ixtisas təhsili müəssisəsinin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (himayəçilər, qəyyumlar, valideynlər və s. şuralar) yaradıla bilər. Həmin orqanların yaradılması qaydaları və səlahiyyətləri orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir.
  2. 4.11. Orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə direktor rəhbərlik edir.
  3. 4.12. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin direktorunu orta ixtisas təhsili müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) vəzifəyə təyin edir və ya vəzifədən azad edir. Bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin direktorunu bələdiyyə vəzifəyə təyin edir və ya vəzifədən azad edir.
  4. 4.13. Direktor orta ixtisas təhsili müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, orta ixtisas təhsili müəssisəsinin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Direktor bu vəzifələrin orta ixtisas təhsili müəssisəsinin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində orta ixtisas təhsili müəssisəsinə dəymiş zərərin əvəzini ödəməlidir.
  5. 4.14. Direktorun fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

 

4.15. Direktor:

  1. 4.15.1. orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır;
  2. 4.15.2. orta ixtisas təhsili müəssisəsini dövlət orqanları və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə təmsil edir;
  3. 4.15.3. orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
  4. 4.15.4. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün tabe olduğu dövlət orqanına (qurumuna) və ya bələdiyyəyə təkliflər verir və sənədlər (o cümlədən, orta ixtisas təhsili müəssisəsinin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;
  5. 4.15.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini, bələdiyyə tərəfindən yaradılmış orta ixtisas təhsili müəssisəsində isə xərclər smetasını orta ixtisas təhsili müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir;
  6. 4.15.6. orta ixtisas təhsili müəssisəsinin işçilərinin (direktor müavinləri istisna olmaqla), o cümlədən tabe olduğu dövlət orqanı (qurumu) ilə və ya bələdiyyə ilə razılaşdırmaqla, onun idarə, filial, nümayəndəlik və tabeliyindəki digər qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə (bu Nümunəvi Nizamnamənin 6.7-ci bəndi nəzərə alınmaqla), habelə orta ixtisas təhsili müəssisəsinin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir;
  7. 4.15.7. orta ixtisas təhsili müəssisəsinin fəaliyyət istiqa-mətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
  8. 4.15.8. Pedaqoji Şuranın qərarlarını təsdiq edir, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirir;
  9. 4.15.9. orta ixtisas təhsili müəssisəsinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

 

  1. 4.15.10. Pedaqoji Şura qarşısında tədris məsələlərinə dair, tabe olduğu dövlət orqanı (qurumu) qarşısında orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə dair hesabatlar verir;
  2. 4.15.11. orta ixtisas təhsili müəssisəsinin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
  3. 4.15.12. orta ixtisas təhsili müəssisəsinin əmlakından bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir, bu Nizamnamənin 3.1.19-cu

 

yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

  1. 4.15.13. bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində orta ixtisas təhsili müəssisəsinin adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən, təsisçinin razılığı ilə orta ixtisas təhsili müəssisəsinin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqd (xüsusi əhəmiyyətli əqd) və aidiyyəti şəxslə dəyəri orta ixtisas təhsili müəssisəsinin aktivlərinin 5 faizini və daha çox, həmçinin 5 faizədək hissəsini təşkil edən əqd) bağlayır və onların yerinə yetirilməsini təmin edir;
  2. 4.15.14. fəaliyyət istiqamətləri ilə bağlı komissiyalar və işçi qruplar yaradır;

4.15.15. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.15.16. kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

  1. 4.15.17. müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;
  2. 4.15.18. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;
  3. 4.15.19. orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyəti ilə bağlı, habelə digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.
  4. 4.16. Direktor müavinlərini, orta ixtisas təhsili müəssisəsinin təqdimatı əsasında, tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə təyin edir. Direktor olmadıqda, orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə rəhbərliyi tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə tərəfindən müəyyən edilən direktor müavini həyata keçirir.
  5. 4.17. Orta ixtisas təhsili müəssisəsində pedaqoji, mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Bu vəzifələrin tutulması təyinolunma yolu ilə həyata keçirilir və hər bir halda (direktor və direktor müavinləri istisna olmaqla) orta ixtisas təhsili müəssisəsi direktorunun əmri ilə rəsmiləşdirilir.
  6. 4.18. Təhsilalanların, təhsilverənlərin, orta ixtisas təhsili müəssisəsinin pedaqoji, mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətinin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında”

 

Azərbaycan Respublikasının Qanunu, orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları ilə, eləcə də orta ixtisas təhsili müəssisəsi ilə əmək münasibətləri olan şəxslərə münasibətdə eyni zamanda əmək müqavilələri ilə tənzimlənir. Orta ixtisas təhsili müəssisəsində əmək müqavilələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (xüsusilə həmin Məcəllənin 45-ci və 47-ci maddələrinin) tələbləri nəzərə alınmaqla bağlanılır.

5. Orta ixtisas təhsili müəssisəsinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

  1. 5.1. Orta ixtisas təhsili müəssisəsinin nizamnamə fondu_______(____) manatdır.
  2. 5.2. Orta ixtisas təhsili müəssisəsinin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən və ya yerli büdcələrdən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və öz nizamnaməsi ilə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitdən formalaşdırılır.
  3. 5.3. Orta ixtisas təhsili müəssisəsinin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
  4. 5.4. Orta ixtisas təhsili müəssisəsi ona verilmiş əmlakdan yalnız nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Müəssisənin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə qadağandır.
  5. 5.5. Bu Nümunəvi Nizamnamənin 5.3-cü bəndi nəzərə alınmaqla, orta ixtisas təhsili müəssisəsi əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla həyata keçirir.
  6. 5.6. Orta ixtisas təhsili müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Orta ixtisas təhsili müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə

 

nəzarəti tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə, yaxud onların səlahiyyət verdiyi şəxs həyata keçirir.

  1. 5.7. Orta ixtisas təhsili müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə uyğun olmalıdır.
  2. 5.8. Orta ixtisas təhsili müəssisəsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir. Bu mənbələrdən, həmçinin sahibkarlıq fəaliyyətindən əldə olunan vəsait və digər əmlak dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinə büdcədən ayrılan vəsaitin məbləğinə təsir göstərmir.
  3. 5.9. Dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir.

 

  1. 5.10. Dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.
  2. 5.11. Orta ixtisas təhsili müəssisəsi “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli Qərarında göstərilmiş sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün orta ixtisas təhsili müəssisəsi tabe olduğu dövlət orqanının (qurumunun) və ya bələdiyyənin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.
  3. 5.12. Dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.
  4. 5.13. Orta ixtisas təhsili müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir. Dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə

 

(əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldilir.

  1. 5.14. İcra hakimiyyəti orqanının tabeliyində olan orta ixtisas təhsili müəssisəsi büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitdən istifadə qaydasına uyğun olaraq xərcləyir. Dövlətin yaratdığı digər orta ixtisas təhsili müəssisəsi büdcədənkənar mənbələrdən əldə olunan vəsaitin xərclənməsi istiqamətlərini sərbəst (bu Nümunəvi Nizamnamənin 5.13-cü bəndi nəzərə alınmaqla) müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardım göstərir.
  2. 5.15. Dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsində dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir. Orta ixtisas təhsili müəssisəsinin ödənişli təhsil xidmətlərinin və bu Nümunəvi Nizamnamənin 5.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir.

 

6. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

  1. 6.1. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə nəzarəti tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə,həmçinin nizamnaməsi ilə müəyyən edilmiş qaydada müəssisənin idarəetmə orqanları həyata keçirirlər.
  2. 6.2. Orta ixtisas təhsili müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə həmin təhsil müəssisəsində plan üzrə və ya plandankənar yoxlamalar həyata keçirə bilər.
  3. 6.3. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə dair illik hesabat tabe olduğu dövlət orqanına (qurumuna) və ya bələdiyyəyə təqdim edilir.
  4. 6.4. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə nəzarətin digər formaları Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunları ilə müəyyən edilir.
  5. 6.5. Orta ixtisas təhsili müəssisəsi idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
  6. 6.6. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün orta ixtisas təhsili müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) kənar auditor təyin edir və onun audit hesabatını qəbul edir.
  7. 6.7. Orta ixtisas təhsili müəssisəsində daxili audit bölməsi yaradıldığı halda, orta ixtisas təhsili müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) həmin bölmənin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə qərar qəbul edir.

 

7. Orta ixtisas təhsili müəssisəsində uçot və hesabat

  1. 7.1. Orta ixtisas təhsili müəssisəsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
  2. 7.2. Orta ixtisas təhsili müəssisəsi “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

 

8. Orta ixtisas təhsili müəssisəsinin yenidən təşkili və ləğv edilməsi

  1. 8.1. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət tərəfindən yaradılmış orta ixtisas təhsili müəssisəsinin yenidən təşkilini və ləğv edilməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
  2. 8.2. Bələdiyyə tərəfindən yaradılmış orta ixtisas təhsili müəssisəsinin yenidən təşkilini və ləğv edilməsini həmin bələdiyyə həyata keçirir.

 

 

 

 

 

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə