Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mənim Şamaxım” rəsm müsabiqəsinə yekun vurulub

“Mənim Şamaxım” rəsm müsabiqəsinə yekun vurulub

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub. 
Dahi şair Nəsimi irsinin təbliği rayon sakinləri arasında incəsənətə marağın artırılması, həmçinin vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədilə Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı 
Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və  Xətai  Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi  ili” çərçivəsində şamaxılı uşaqlar, yeniyetmələr və gənclər arasında “Mənim Şamaxım ” adlı rəsm müsabiqəsi elan olunub.
Müsabiqəyə Şamaxı rayonundan 70-ə yaxın uşaq, yeniyetmə və gənc qatılıb, 150-yə yaxın rəsm əsəri sərgidə nümayiş etdirilib. İştirakçılar əsərlərində əsasən bu qədim diyarın dahi şəxsiyyətlərini, əsasən də böyük Azərbaycan şairi İmadəddin Nəsiminin obrazını, tarixi abidələrini, sənət nümunələrini, müxtəlif peşə sahiblərinin obrazlarını təsvir ediblər.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 2019-cu ilin dövlət başçımız tərəfindən “Nəsimi ili” elan olunduğunu qeyd etmiş, onun klassik Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söhbət açmışdır. Natiq 2019-cu ilin “Nəsimi ili” elan edilməsini Nəsimi yaradıcılığına, onun irsinə böyük diqqət olmaqla yanaşı, bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verilən dəyər kimi yüksək qiymətləndirmişdir.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri və fəal tədris mərkəzləri diplom və təşəkkürnamələrlə təltif olunub, seçilmiş 20 əsərin müəllifi “Azərbaycanım” Uşaq Rəsm Festivalı çərçivəsində keçiriləcək müsabiqəyə dəvət edilib. Tədbirdə, həmçinin Əməkdar rəssam Natiq Səfərovun ustad dərsi, rayon musiqi kollektivlərinin konsert proqramı təqdim olunub.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

16 2019 12:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə