Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Binəqədi məktəbliləri tullantıları sənətə çeviriblər

Binəqədi məktəbliləri tullantıları sənətə çeviriblər

Bakı şəhərində sanitar-təmizlik aylığının keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən yaz-yay mövsümünün başlanması ilə əlaqədar Binəqədi rayonunun sanitar-təmizliyini təmin etmək, abadlıq və yaşıllıqları qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə rayon icra hakimiyyəti (RİH) başçısının müvafiq sərəncamı ilə “Rayonumuzu təmiz saxlayaq” layihəsi çərçivəsində Binəqədi RİH-in təşkilatçılığı ilə 100 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Tədbirdə RİH başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, baş məsləhətçi Elnur Məmmədov, məktəbin müəllim və şagird kollektivi,  valideynlər iştirak ediblər.
Qonaqlar əvvəlcə şagirdlərin əl işlərindən ibarət rəsm əsərləri və “Tullantıdan sənətə” adlı sərgi ilə tanış olublar.
Çıxış edən 100 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova belə sərgilərin əsas məqsədinin uşaqlara ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişindən çəkindirmək olduğunu bildirib. Natiq yararsız əşyalarn, tullantı materiallarının məktəblilərin əllərində daha gözəl forma ala biləcəyini vurğulayıb. 
İcra hakimiyyəti başçısının müavini Aygün Əliyeva ekoloji siyasətdə mühüm önəm daşıyan ətraf mühitin sağlamlaşdırılması sahəsində müsbət nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm normativ sənədlər qəbul olunduğunu diqqətə çatdırıb. O, bəzi iri şəhərlərdə sənaye və məişət tullantılarının uzun illər yığılıb istifadəsiz qalmasının gərgin ekoloji vəziyyətin yaranması ilə nəticələndiyini və bunun ağır fəsadlarla müşahidə olunduğunu xatırladıb.  
Sonda şagirdlərin ifasında şeirlər, mahnılar və səhnəciklər nümayiş olunub. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 

16 2019 12:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə