Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin yüksək poliqrafik səviyyədə hazırlanması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin yüksək poliqrafik səviyyədə hazırlanması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender keçirən- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Ünvan- Bakı şəhəri, AZ 1022, S. Vurğun küçəsi 135.
 1.Açıq tenderə yüksək poliqrafik səviyyədə CİP Bakı şərtilə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün 100 000 ədəd və Azərbaycan Respublikası ərazisində daimi yaşamaq 10 000 ədəd icazə vəsiqələrinin çapı təklif olunur.
 2. Tender proseduru 2019-cu il iyulun 4-ü saat 11.00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin konfrans zalında (III mərtəbə, 338-ci otaq) keçiriləcəkdir.
3. Tenderdə iştirak üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
 3.1. Tenderdə iştirak etmək üçün ərizə.
 3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).
4. Tender təklifləri 2019-cu il iyulun 3-ü saat 11.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin “Müdafiəli sənədlərin dövriyyəsi” sektoruna təqdim olunmalıdır.
5. İstehsal şəraiti və məhsulları beynəlxalq standartların tələblərinə cavab verən, icazə vəsiqələrinin (və ya analoji məhsulların) çapı sahəsində iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi - texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər.
6. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını və işin icra yerini göstərməlidir.
7. İcazə vəsiqələri qoruyucu elementlərə malik olmalı və yüksək poliqrafik səviyyədə hazırlanmalıdır.
8. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
9. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir:
9.1. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə.
9.2. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat.
9.3. İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə (əgər daha az müddət fəaliyyət göstərirsə, həmin fəaliyyəti dövrü haqqında) bank tərəfindən verilmiş arayış.
10. İddiaçı təklifin dəyərinin 1 faizi həcmində bank təminatı təqdim etməlidir.
11. İcazə vəsiqələrin hazırlanması məqsədilə keçirilən tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün 500 (beş yüz) manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.
Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
VÖEN - 1400108191
Ünvan- Bakı şəhəri, S. Vurğun küçəsi 135
Dövlət Xəzinədarlıq Agentliyi 
Kod- 210005 
M/h- AZ41NABZ01360100000000003944 
VÖEN- 1401555071
S.W.İ.F.T. BİK: CTREAZ22
Maliyyə Nazirliyi kitab - 002527-2108571
H/h- AZ83CTRE00000000000002108571
Büdcə səviyyəsinin kodu- 7, təsnifatın kodu-142340 
12. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Naziliyinin vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini-sektor müdiri Aydın İsayevdir. Əlavə məlumat almaq üçün 2019-cu il mayın 17-dən iyulun 3-ü saat 10.00-dan 17.00-dək müraciət etmək olar (fasilə saat 13.00-dan 14.00-dək).
 Ünvan- Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1022, 
 S.Vurğun küçəsi 135, III mərtəbə, 353-cü otaq.
 Telefon- (99412) 404-46-94 E-mail: [email protected] 
13. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş və rus dilinə tərcümə edilmişdir. 
14. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirilir. 

Tender komissiyası

16 2019 12:02 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 May 2019 | 02:57
B i l d i r i ş
22 May 2019 | 02:56
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə