Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransanın xarici işlər naziri İdlibdəki vəziyyəti şərh edib

Fransanın xarici işlər naziri İdlibdəki vəziyyəti şərh edib

Paris problemin həllində Moskva və Ankara ilə dialoqun əldə olunacağına ümid bəsləyir.
Fransanın xarici işlər naziri Jan-İv Le Drian “Le Monde” qəzeti, “France İnter” radiosu və “France 2” telekanalına müsahibəsində bəyan edib ki, rəsmi Paris Suriyanın İdlib vilayətində vəziyyətin nizamlanması üçün Rusiya və Türkiyə ilə dialoqun əldə olunacağına ümid bəsləyir. Bu barədə Fransa mətbuatına istinadən “Anadolu” agentliyi məlumat yayıb. 
Fransanın xarici siyasət idarəsinin rəhbəri Bəşər Əsəd rejiminin kimyəvi silahları təkrar tətbiq edə biləcəyindən narahatlığını dilə gətirib: “Əsəd rejiminin yenidən İdlibdə kimyəvi silahlardan istifadə etməsi təhlükəsi mövcuddur. Bu, sübuta yetirilməyib, lakin buna cəhd göstərilə bilər. Mən bəzi bəyanatları dinləyəndə bu qənaətə gəlirəm. Ölümsaçan kimyəvi silahların tətbiqi sübut olunarsa, Fransa birinci dəfə olduğu kimi, buna reaksiya verəcək”. 
Fransanın xarici işlər nazirinin sözlərinə görə, İdlibdə yaranmış ağır vəziyyətə biganə qalmaq olmaz. Le Drian deyib: “Bəşər Əsəd müharibəni udub, lakin sülhə nail ola bilməyib. Bunu onu müdafiə edənlər, o cümlədən Rusiya haqqında da demək olar”.
Fransalı diplomat vurğulayıb ki, rəsmi Paris İdlibdə mümkün qətliamın qarşısını almaq üçün Astana qrupu ilə birgə hərəkət edir. O, bir daha əmin olduğunu vurğulayıb ki, İdlibdə vəziyyətdən çıxış yolu siyasi həll variantının tapılmasıdır. 
Le Drian müsahibəsində yuxarıdakı fikirlərinə bunu da əlavə edib ki, Paris Suriyada konstitusyon islahatların aparılması və ümummilli seçkilərin keçirilməsi üçün səylərini davam etdirir. 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

3 2018 21:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Aprel 2019 | 13:39
Sosial islahatların uğurları

Ən son xəbərləri səhifəmizdən də izləyin