Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüksək vəzifəli şəxslərin məlumatları internetə sızdı

Yüksək vəzifəli şəxslərin məlumatları internetə sızdı

RBK-nın yaydığı məlumata görə, 360 min Rusiya vətəndaşının, o cümlədən “Rosnano”nun rəhbəri Anatoli Çubaysın, “Skolkovo” fondunun həmsədri Arkadi Dvorkoviçin və teleaparıcı Vladimir Solovyovun şəxsi məlumatları internetə sızıb.

Məlumata görə, yüksək vəzifəli şəxslərin məlumatlarını Bazar İştirakçıları Assosiasiyasının sədri İvan Beqtin aşkarlayıb. O, 8 dövlət sisteminin, o cümlədən Maliyyə Nazirliyinin subsidiyalar üzrə federal büdcə reyestrinin, Ədliyyə Nazirliyinin qeyri-kommersiya təşkilatlarının hesabatları üzrə reyestrinin, “Rostrud” portalında vətəndaşların müraciətlərinin qeydiyyatını və digər dövlət sistemlərinin saytlarının məlumatlarını təhlil edib.
İ.Beqtin onu da qeyd edib ki, 360 min rəqəmi təxmini qiymətləndirmədir. Belə ki, eyni qeyddə bir neçə nəfər haqqında məlumatlar olması bu sayın artmasını şərtləndirə bilər.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

16 2019 11:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə