Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistan ABŞ-dan “Patriot” raketdən müdafiə sistemləri alır

Hindistan ABŞ-dan “Patriot” raketdən müdafiə sistemləri alır

Hindistan Rusiyadan alacağı “S-400” zenit-raket kompleksi əvəzinə, ABŞ-ın “Patriot” raketdən müdafiə sistemlərini almaq üçün müzakirələrə başlayıb. “Euronews” agentliyinin yaydığı məlumata görə, buna ABŞ-ın rəsmi Dehlini  sanksiyalarla təhdid etməsi səbəb olub.

Bildirilir ki, Hindistan ötən il Rusiya ilə ABŞ-ın Yeni Dehliyə yönəlik sanksiya təhdidlərinə qarşı imzaladığı “S-400” müqaviləsindən imtina edib. 5,4 milyard dollar dəyərində olan sazişə əsasən, Hindistana 5 ədəd “S-400” zenit-raket kompleksinin göndərilməsi nəzərdə tutulurdu.
Qeyd edək ki, ABŞ Hindistanı Rusiya istehsalı olan raket əleyhinə müdafiə sistemlərini alacağı təqdirdə “Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət” (Countering America’s Adversaries Through Sanctions Act - Caatsa) ilə təhdid edirdi.
Təhdidlər fonunda Hindistan geri addım ataraq, “S-400”dən imtina edib. Hətta Hindistan rəsmiləri “Patriot” və THAAD raketdən müdafiə sistemlərinin alışı ilə bağlı ABŞ-la ciddi razılıq əldə olunduğunu açıqlayıblar.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

16 2019 11:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə