Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yəmən qiyamçıları Səudiyyə Ərəbistanının neft kəmərlərinə hücum ediblər

Yəmən qiyamçıları Səudiyyə Ərəbistanının neft kəmərlərinə hücum ediblər

Yəməndə hakimiyyəti ələ keçirmiş qiyamçı husilər Səudiyyə Ərəbistanının neft kəmərlərinə pilotsuz təyyarə ilə partlayıcı maddə atıblar. Nəticədə, iki nasos stansiyası sıradan çıxıb. Boru kəməri ilə neft ixracı müvəqqəti olaraq dayandırılıb. Yəmən KİV-ləri bildiriblər ki, bütün bunlara baxmayaraq Səudiyyə Ərəbistanı neft ixracını davam etdirə bilib.
Ekspertlər bildiriblər ki, Yəməndə iğtişaşlar başlayandan sonra bu, Səudiyyə Ərəbistanına qarşı ən böyük hərbi əməliyyat olub. 
Dünya neft bazarında bu hadisə böyük həyəcanla qarşılanıb. İki gün əvvəl isə Birləşmiş Ərəb Əmirliklərində qiyamçılar 4 neft tankerini sıradan çıxarıblar ki, bunlardan da ikisi Səudiyyə Ərəbistanına məxsus olub.
Başda Səudiyyə Ərəbistanı olmaqla ərəb koalisiya qüvvələri Yəməndə əvvəlki hakimiyyəti geri qaytarmaq istəyirlər. Lakin hələ ki, onlar buna nail ola bilmirlər.

Qəzənfər  QASIMOV, “Xalq  qəzeti”

 

16 2019 11:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə